Kerrik mövsüm sonunda karyerasını bitirəcək

Maykl Kerrik
Paylaş:

Maykl Kerrik bu mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini təsdiqləyib. 

Əvvəlcə 36 yaşlı ingilis futbolçunun karyerasının bitirəcəyini yalnız Joze Mourinyo bildirmişdi, lakin “Sevilya” ilə oyun öncə təşkil olunmuş mətbuat konfransında bildirib ki, bu mövsüm onun üçün “Mançester Yunayted”in futbolçusu kimi son mövsümü olacaq.

“Bəli, mən karyeramı bitirirəm. Hər bir futbolçuda elə bir vaxt gəlir ki, bədəni ona deyir ki, artıq futbolla qurtarmaq lazımdır. Mən bunu qəbul etməliyəm” deyə “Yunayted”in kapitanı bildirib.

“Berton” ilə matçın ikinci hissəsində problemlərim oldu. Bir neçə testdən keçdim, amma eyni problemlər növbəti həftədə də yarandı.Bunu aradan qaldırmaq üçün mənə bir müddət vaxt lazım oldu, amma indi hər şey qaydasındadır. Mən karyeramı öz şərtlərim altında bitirmək istəyirəm, ona görə də mövsümün sonunda yaxşı formada olmaq istəyirəm. Mən başa düşürəm ki, indi əvvəllər olduğu kimi çox oynaya bilməyəcəm, amma çox çalışıram, daha sonra nə olacağına isə baxarıq”.

Buna qədər bildirilirdi ki, Maykl Kerrikin ürək ritmlərində problemi var və bu səbəbdən ilk dövrənin çox hissəsini buraxmalı olmuşdu. Həmçinin, məlumdur ki, “Mançester Yunayted” Kerrikə məşqçi heyətində yer vermək istəyir.


Mənbə: manutd.com

0 comments