“Yunayted” – “Sevilya”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Çempionlar Liqasında “Sevilya” ilə “Old Trafford”da baş tutacaq 1/8 final mərhələsinin cavab oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.

MAKTOMİNEY HAQQINDA

“O, yaxşı oynayır, yeni nəysə öyrənmək üçün meydanda və onun kənarında keçirtdiyi hər dəqiqədən istifadə etmək istəyir. Onun mətbuatın diqqətini özünə çəkmək hədəfi yoxdur, o, sadəcə inkişaf etmək və komandasına kömək etməyə çalışır. Maykl Kerrik, Maruan Fellayni, Pol Poqba və Ander Erreranın zədəsi səbəbi ilə onun oyun praktikası daha da uzandı və onun inkişafı üçün ən yaxşı yol elə oynamaq idi. O, bacarıqlı tələbədir. Ən başından xatırlayıram ki, mən onu yalnız paltardəyişmə otağındakı söhbətimiz üçün əlavə bir nəfər kimi gətirmişdim, o, hər sözü səbirsizliklə dinlədi, ona görə də mən fikirləşirəm ki, onun ciddi xarekteri bizim üçün əla bir futbolçu edir”.

DE BURUN REŞFORD HAQQINDA DEDİKLƏRİ

“Mançester Yunayted”in “Liverpul” üzərindəki qələbədən sonra “Kristal Pelas”ın keçmiş baş məşqçisi Frank de Bur belə bir fikir bildirmişdi: “Markus Reşfordun bəxti gətirməyib ki, onun baş məşqçisi Mourinyodur”. Hollandiyalının fikirinə görə gənc hücumçu portuqaliyalı mütəxəssisin rəhbərliyi altında inkişaf edə bilməz.

Mourinyo bunu cavabsız qoymayıb: “Mən Premyer Liqanın ən pis məşqçisindən bir neçə sitatlar oxudum. Frank de Burun sözlərinə görə Reşford üçün pisdir ki, onn məşqçisi mənəm”.

“Əgər onun məşqçisi Frank olsaydı, ona necə uduzmağın yollarını göstərəcəkdi, çünki, o, bütün oyunlarını uduzub. Mən gənc oyunçulara çalışıram ki, ən yaxşı təhsili verim. Markusun məsələsinə gəldikdə isə, onun formalaşmasına görə akademiyanın işçilərini xatırlatmalıyam, həmçinin, van Qalı da, hansı ki, onun rəhbərliyi altında əsas komandada debüt mövsümünü keçirtdi”.

“YUNAYTED” ÇEMPİONLAR LİQASINDA FİNALA YÜKSƏLƏ BİLƏRMİ?

“Sən dörddəbir finalda olanda artıq başa düşürsən ki, hər şey mümkündür. Sən artıq yarımfinalın iysini hiss edirsən. 1/8 finalda isə hər şey çox uzaq görsənir”.

KOMANDA HAQQINDA

Mourinyo təsdiqləyib ki, Deyli Blind, Markos Roho, Ander Errera və Fil Cons zədə səbəbi ilə “Sevilya” ilə oyunu buraxmalı olacaqlar. Cons, həmçinin, İngiltərə yığmasının növbəti qarşılaşmalarında da iştirak edə bilməyəcək.

Son iki oyunu buraxmalı olan Antoni Marial artıq tam sağalıb və bugünki qarşılaşmada oynamağa hazır vəziyyətdədir. Jurnalistlər “Liverpul” ilə oyunda iştirak etməyən Pol Poqba haqqında da soruşublar. Mourinyo deyib: “O, siz gedəndən sonra məşq etməyə başladı. “Sevilya” ilə oyunda iştirak edə biləcəyini bilmirəm. Dəqiq bilmirik, amma bir az məşq edib”.

ÇEMPİONLAR LİQASININ REQLAMENTİNDƏ EDİLƏN DƏYİŞİLİKLƏR MOURİNYONU QANE EDİR

Gələn mövsümdən etibarən Premyer Liqada ilk dörd yeri tutan bütün komandalar birbaşa Çempionlar Liqasının qrup mərhələsinə düşəcək.

“Mən İngiltərədə çalışıram, ona gör də belə dəyişikliyə görə şadam. Biz hipotetik olaraq mövsümü dördüncü yerdə bitirə bilərik, ona görə də indi yaxşıdır ki, dördüncü yer kvalifikasiya mərhələsində iştirak etməyəcək. Fikirləşirəm ki, indi dördüncü pillə üçün mübarizə aparan bütün komandalar bu fikiri dəstəkləyir”.


Mənbə: Mirror

0 comments