Qallaher: “Hər iki vəziyyətdə penalti yox idi”

Dermot Qallaher
Paylaş:

FİFA-nın keçmiş referisi, 15 il Premyer Liqanın oyunlarında hakimlik edən Dermot Qallaher Sky Sports telekanalının efirində “Referi baxışı” verilişində “Mançester Yunayted” – “Liverpul” oyunundakı epizodları təhlil edib, hansı ki, iki dəfə David De Heanın qapısına penalti şübhəsi var idi.

Bir epizodda Sadio Mane Maruan Fellayni ilə qarşıdurmadan sonra yerə yıxılmışdı və 11 metrlik zərbə tələb edirdi, ikinci epizodda isə top Antonio Valensiyanın əlinə dəymişdi, hansı ki, müdafiəçi həmin zaman öz cərimə xəttinin daxilində idi.

İnsident: Hakim top Antonio Valensiyanın əlinə dəyəndə penalti verməli idimi?

Qallaherin fikri: Onun əlinin mövqeyini nəzərə alsaq, orada penalti yox idi.

İzahı: Şənbə günü mənə kimsə dedi ki, top havada çox oldu. Bəli, top çox havada oldu, amma Valensiyanın əli bədəninə çox yaxın idi. Şübhəsiz ki, top Valensiyanın əlinə dəydi, amma mən fikirləşmirəm ki, Valensiyanın əllə olmaq niyyəti var idi.

İnsident: Sadio Mane Maruan Fellayni ilə toqquşmadan sonra “Yunayted”in cərimə xəttində yıxıldı.

Qallaherin fikri: Toqquşmanı Mane özü yaratdı, penalti yox idi.

İzahı: Mən hesab edirəm ki, Mane Fellayninin gerisindən çıxdı. O, ayağını önə atır və dərhalda yerə yıxılır. Burada penalti təyin olunsaydı mən çox təəccüblənərdim. Mən fikirləşirəm ki, bu adi bir toqquşmadır”.


Mənbə: Sky Sports

0 comments