Mourinyo “Sevilya” ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

“Mançester Yunayted” “Old Trafford”da “Sevilya”ya 2-1 hesabı ilə məğlub olaraq Çempionlar Liqası turniri ilə vidalaşdı.

İKİNCİ QOLDAN SONRA QƏLƏBƏ QAZANMAQ PRAKTİKİ CƏHƏTDƏN MÜMKÜNSÜZ İDİ

“Mən başa düşürdüm ki, ilk qol bu oyunda çox vacib idi, təkcə ona görə yox ki, ilk oyunda qolsuz bərabərlik qeydə alınmışdı və turnirin bu mərhələsində ilk qol çox vacibdir. Biz ilk dəqiqələrdən aqressiv bə intensiv oynamağa çalışdıq və siz “Liverpul” ilə oyunun əvvəli və bu oyun arasında oxşarlıqlar tapa bilərsiz. Amma biz fərqlənə bilmədik, “Sevilya” isə topa nəzarət etməyə davam edirdi, onlar topla özlərini çox inamlı hiss edirdilər, onlar topu bizdən alırdılar və oyuna nəzarət edirdilər. Buna baxmayaraq, ilk hissədə bizim heç bir problemimiz yox idi. İkinci hissədə bizim qol vurmaq şansımız var idi. Bizim onların cərimə zonasına iki təhlükəli hücumumuz oldu. Onlar qol vurdular və həmin andan sonra oyunda daha emosional və çətin oldu, ikinci qoldan sonra isə qələbə qazanmaq bizim üçün mümkünsüz oldu”.

BU DOĞURDAN DA ÇƏTİN OYUN İDİ

“Yaxşı komandaya qarşı oyun çətin olmaya bilməzdi. İlk qol psixoliji cəhətdən çox vacib idi. Komanda oyuna yaxşı başladı, amma qol yox idi. İlk hissədə biz hər şeyi nəzarət altında saxlayırdıq. “Sevilya” ilk hissənin 0-0 olmasına görə daha çox sevinməlidir, onlar elə buna da çalışırdılar. İkinci hissədə bizim şanslarımız oldu, qapı qarşısına təhlükləli yanaşmalarımız oldu, amma onlar bizdən daha tez fərqləndilər. Bundan sonra biz kənarda qaldıq, bu doğurdan da çox çətin idi. Qol buraxmaq olardı, əgər oynamaq üçün çox vaxt qalsa idi. Mən dünən mətbuata onlardan belə oyun gözlədiyimi demişdim. Onlar oyunun bizim üçün ən təhlükəli məqama gəlib çıxmasını gözlədilər və qol vurdular. Bütün bunlardan sonra hər şey çox çətin oldu, həm də vaxta da az qalmışdı”.

KOMANDANIN ƏHVALI QAYDASINDADIR

“Biz hər zaman istəyirik ki, oyunumuz daha keyfiyyətli olsun, daha çox hərkətlilik olsun, oyunçular üçün bunu etməyə lazımı qədər sərbəstliyi var idi və bizim yaxşı vəziyyətimiz var idi. Onlardan irini ilk hissədə öz qarşımda gördüm. Antonio Valensiya, Cessi Linqard və Markus Reşford bizim nə üçün çalışdığımızı və nəyi hədəflədiyimizi göstərirdilər. Bizim yaxşı vəziyyətlərimiz oldu. Mən düşünmürəm ki, oyun bizim nəzarətimiz altında idi, çünki oyuna rəqib nəzarət edirdi, amma mənə deyə bilmərəm ki, oyunçularım oyuna köklənmək və oynamaq istəyi plananında özlərini düzgün aparmadılar”.

YAXŞI Kİ, MƏĞLUBİYYƏT OYUNÇULARIMA PİS TƏSİR ETDİ

“Əlbəttə, hamımız məyusuq və paltardəyişmə otağında oyunçulara dedim ki, onların məyus olmasına görə şadam. Mən doğurdan da bna görə şadam. Baxmayaraq ki, çox məyus olmaq bizə lazım deyil. Şənbə günü bizim oyunumuz var və mən ümid edirəm ki, futbolçular məşq meydançasına bu oyun üçün tam köklənmiş halda gələcəklər. Mən “Sevilya” və “Brayton” ilə oyun haqqında demişdim ki, əgər qələbə qa zanacaqsansa, davam edəcəksən, əgər uduzacaqsansa, kənar qalacaqsan”.

YOLA DAVAM ETMƏK LAZIMDIR

“Bəli, İngiltərə Kuboku uğrunda mübarizədə qələbəyə və Premyer Liqada ilk dördlükdə qalmağa köklənməlisən. Amma “Tottenhem” kimi fantastik komandanın da hədəfləri eyni cürdür. “Liverpul”un hədəfində Çempionlar Liqası var, amma İngiltərə Kuboku yoxdur, bu futboldur, bu həyatdır. Biz məğlub olduq və sabah yeni gün olacaq. Bizim dram qurmağa vaxtımız yoxdur. Çalışmaq lazımdır, çünki şnbə günü bizi daha bir vacib oyun gözləyir”.


Mənbə: manutd.com

0 comments