Rio və Skoulz ÇL-dan kənar qalmağımız haqqında

Rio Ferdinand, Pol Skoulz
Paylaş:

“Mançester Yunayted”in keçmiş futbolçuları Pol Skoulz və Rio Ferdinand Çempinonlar Liqasının 1/8 finalında “Sevilya” ilə mübarizədən sonra məğlub olan Joze Mourinyonun komandası haqqında fikirlərini bildiriblər.

“Old Trafford”da “Sevilya”ya məğlub olduqdan sonra “Yunayted” Çempionlar Liqasında iştirakını dayandırdı və İngiltərə Kuboku yeganə turnirdir ki, onu qazanmaq üçün şansları daha rela kimi görsənir.

Skoulz “Yunayted”i ilk oyunda oynamaq istəyinin və Mourinyonun heç qələbə qazanmaq niyyətinin olmamasına görə ittiham edib.

BT Sport telekanalının efirində deyib: “Buna baxmaq çox ağır idi, ilk oyuna baxmaq da çox ağır idi. Komandnaın oyununda heç bir istək, enerji, sürət yox idi. Mən bunu izah edə bilmirəm, bu izaholunmazdır”.

“İlk oyuna qayıdaq – müasir futbolda komandalar rəqibin meydanına qol vurmaq üçün gəlirlər. “Yunayted” gəldi və matçı qazanmağa heç cəhd etmədi, onlar qol vurmağa çalışmırdılar”.

Rio Ferdinand keçmiş komanda yoldaşı ilə razılaşır və əlavə olaraq belə deyir: “Baxın sizə nə deyirəm, indi Avropa klubları dodaqlarını yalayaraq gözləyirlər ki, “Sevilya” onlardan hansı ilə düşəcək, çünki bu onları qorxudacaq bir klub deyil”.

“Onların əla komandası var, amma heç kimi qorxudacaq gücdə deyillər. Belə oyunlarda meydana çıxan kimi dərhal öküzün buynuzundan tutmalısan”.

“Bunun üçün məsuliyyətin, xarekterin olmalıdır ki, bu stadiona çıxmağa və oynamağa imkan versin. Azarkeşlərə elə şey göstərmək lazımdır ki, onun haqqında bəstələr hazırlasınlar. Bu gün stadion çox sakit idi və bunda günah oyunçular idi”.


Mənbə: ESPN

0 comments