Daily Mail: “Rəhbərliyin bəzi üzvləri Jozenin işindən narazıdırlar”

Joze Mourinyo
Paylaş:

The Daily Mail yazır ki, “Sevilya”ya Çempionlar Liqasında məğlub olduqdan sonra “Yunayted”də rəhbərliyin bəzi yüksək vəzifəli üzvlərində Joze Mourinyonun düzgün məşqçi olmasında şübhələr yaranıb.

Portuqaliyalı hələ də Ed Vudvord tərəfindən tam dəstək almaqda davam edir, lakin, mənbənin məlumatına görə rəhbərlikdən bəziləri Jozenin tətbiq etdiyi oyun tərzindən məmnun deyillər və onlar hesab edirlər ki, Mourinyo komandanı Premyer Liqanı qazanmağa əsas namizəd etmək səviyyəsindən hələ çox uzaqdır.

“Joze deyişilib, o, artıq bizim hesab etdiyimiz məşqçi deyil. Bu narahatlıq ilə bağlı bəzi səbəblər var. Biz başa düşürük ki, azarkeşlərə belə bir futbol xoş deyil və biz başa düşürük ki, bu templə hələ 3-4 il də Premyer Liqada qalib ola bilməyəcəyik. O, həmçinin, futboldan kənar şeylər üçün bəzi məsələlərdə çox diqqətli deyil” – deyə “Old Trafford”dan olan adı çəkilməyən yüksək vəzifəli mənbə bildirib.


Mənbə: Daily Mail

0 comments