Bayi azarkeşlərdən üzr istəyib

Erik Bayi
Paylaş:

Erik Bayi öz Twitter hesabında “Mançester Yunayted”in Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sevilya” ilə cavab oyunundakı məğlubiyyətindən sonra azarkeşlərdən üzr istəyib.

“Turnirdən kənar qalmağımıza görə azarkeşlərdən üzr istəyirik. Ötən gecə sadəcə dəhşətli idi, biz buna reaksiya verməliyik və yadda saxlamalıyıq ki, belə bir hadisə bir də baş verməyəcək. Bu ağrılı bir məğlubiyyətdir, amma biz ayağa durmalıyıq, üstümüzdəki tozu silməliyik və irəli baxmalıyıq”.

Mourinyonun komandası 7 apreldə “Mançester Siti”nin rəsmən çempion olunmasına şahidlik edə bilər, əgər “Etihad”da keçiriləcək matçda rəqibinə məğlub olsa. “Şəhərlilər” öz növbəti matçını “Everton”a qarşı keçirəcəklər.

“Mançester Yunayted” isə öz növbəti matçını İngiltərə Kuboku çərçivəsində bu şənbə “Brayton end Houv Albion”a qarşı “Old Trafford”da keçirəcək.


Mənbə: Sky Sports

0 comments