Klub Roho ilə yeni müqavilə imzaladı

Markos Roho
Paylaş:

“Mançester Yunayted” Markos Roho ilə yeni müqavilə bağlamasını böyük sevinc hissi ilə bəyan edir, hansı ki,  argentinalı müdafiəçini mümkün bir il də artırmaq şərti ilə 2021-ci ilin yayına qədər “Old Trafford”da saxlayacaq.

27 yaşlı Roho “Yunayted” ilə 2014-cü ilin 20 avqustunda müqavilə bağlamışdı. Bu müddət ərzində Liqa Kubokunu, İngiltərə Kubokunu, Avropa Liqasını və Komuniti Şildi qazanmağa nail olub.

Markos müqavilədən sonra bunları deyib: “Mən “Mançester Yunayted”ə qoşulandan, gözlədiyimdən də artıq çox şey baş verdi. Bu möhtəşəm klubda müqaviləmin vaxtının uzadılmasına görə şadam. Mən bu kluba qoşulandan komandaya kuboklar qazanmağa kömək etmişəm və biz bunu bir neçə mövsümdə etmişik. Mən meydana qayıtmaq üçün çox çalışıram. Dəstəklərinə görə azarkeşlərə, etibarına, həm meydanda, həm də ondan kənarda mənə etdiyi köməkliyə görə məşqçiyə minnətdarlığımı bildirirəm”.

Joze də öz fikirlərini bildirib: “Markos son mövsümlərdə çox inkişaf etmişdi və hər zaman yüksək peşəkarlıq göstərmişdi. Amma onun zədəsi futbolçunu bir neçə həftə dala atsa da, Markos meydana qayıtmaq üçün idman zalında tam gücü ilə çalışır. O, hər zaman özünü meydanda tam qoymağa hazırdır və mən şadam ki, onunla yeni müqavilə imzaladıq”.

Markos Roho


Mənbə: manutd.com

0 comments