“Yunayted” özünün qadın komandasını yaradır

Qadın komandası
Paylaş:

“Mançester Yunayted” İngiltərə futbol assosiasiyasına peşəkar qadın komandasının yaradılması üçün müraciət edib, hansı ki, FA-nın Qadınların Super Liqasının ikinci divizionunda iştirak edəcək.

Əgər bu müraciətə razılıq verilsə, onda “Yunayted”in qadın komandasında karyerasını ən məşhur və ən uğurlu futbol məktəbi olan Girls’ Regional Talent Club-ın yetirmələri davam etdirəcəklər. Bu məktəbin səviyyəsini bilmək üçün, onların son məzunlarının 15-nin artıq beynəlxalq səviyyədə yığmalarının heyətində çıxış etməsi faktı göstərir.

Yeni komandanın məkanı kluba məxsus “Kliff” bazsı olacaq, hansı ki, indi orada “Mançester Yunayted”in Akademiyasının kiçik yaş qruplarından olan futbolçuları məşq edirlər.

Yeni komandanın yaradılması bəyanatından sonra “Yunayted”in vitse-prezidenti Ed Vudvord deyib: “Biz klubun tarixində ilk dəfə olaraq qadınlardan ibarət komandasını yaradılmasını xəbərini verməyə və Qadınların Super Liqası – 2 turnirində iştirak edəcəyinə görə şadıq”.

“Futbol assosiasiyası bizə yüksək dəstək göstərdi və biz güman edirik ki, qadın komandasının yaradılması Regional Talent Club məktəbinin çox məzunlarına əsas komandanın ilk oyunçuları kimi təsdiq olunacaq”.

“Mançester Yunayted”in qadınlardan ibarət komandası kişilərin əsas komandası kimi qurlacaq və idarə olunacaq, hanbsı ki, burada da gənc oyunçulara daha çox şans veriləcək”.


Mənbə: manutd.com

0 comments