BBC: “Zlatan “Yunayted”i tərk edir”

Zlatan İbrahimoviç
Paylaş:

BBC Sport təcili olaraq xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç çox yaxın günlərdə klubu tərk edəcək və “Los-Anceles Qalaksi”nin heyətinə qoşulacaq. 

BBC Sport telekanalından başqa Sky Sports və The Independent kimi mənbələr də bu xəbəri təsdiqləyib.

Bu yaxınlarda isə Joze  Mourinyo bildirmişdi ki, hazırkı mövsüm Zlatan İbrahimoviç üçün sonuncu olacaq. Belə görünür ki, Zlatan artıq “Yunayted”də öz sonuncu oyununu keçirib. İsveçli hücumçu son dəfə “Yunayted” formasında Boksinq Deydə “Börnli”yə qarşı oynamışdı.

İbrahimoviç “Yunayted”də 2016-cı ildə azad agent statusunda PSJ klubundan gəlmişdi. Oynadığı 53 oyunda 29 qola imza atmışdı. Keçən mövsüm Avropa Liqasında “Anderlext” ilə oyunda dizindən aldığı zədədən sonra “Yunayted”dəki karyerası sual altına düşmüşdü.


Mənbə: BBC Sport

0 comments