Zlatan rəsmi olaraq klubu tərk etdi

Zlatan İbrahimoviç
Paylaş:

“Mançester Yunayted” rəsmi sayt vasitəsilə Zlatan İbrahimoviçin klubdan ayrıldığını bəyan edib.

“Mançester Yunayted” təsdiq edir ki, Zlatan İbrahimoviçlə müqaviləsinə qarşllıqlı razılıq əsasında xitam verilsin və bu qərar dərhal qüvvəyə minsin. Klubda hər kəs transferindən sonra Zlatanın komanda üçün etdiklərinə görə minnətdarlıq etmək istəyir və gələcəkdə ona hər şeyin yaxşısını arzulayır” – klubun bəyanatında deyilir.

Zlatan da sosial şəbəkələrində rəsmi hesabları vasitəsilə belə yazıb: ”Böyük işlərin də sonu gəlib çatır və “Mançester Yunayted”də keçirtdiyim iki fantastik mövsümdən sonra irəli getmək vaxtıdır. Kluba, məşqçilərə, azarkeşlərə və həyatımın bu hissəsini mənimlə bölüşənlərə təşəkkürümü bildirirəm”.

İbrahimoviç yazının sonunda “Həmişə qırmızı” heştaqı da qoyub.


Mənbə: manutd.com

0 comments