Errera: “Komandaya kömək etməyə hazıram”

Ander Herrera
Paylaş:

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Errera bildirib ki, artıq zədəsini tam sağaldıb və İngiltərə çempionatı fasilədən qayıtdıqdan sonra komandasına kömək etməyə hazırdır.

“Hal-hazırda mən beş gündür ki, komanda ilə birlikdə məşq edirəm və özümü yaxşı hiss edirəm. Özümü tamamilə sağlam hiss edirəm və yığmalar üçün ayrılan fasilədən sonra komandama kömək etməyə hazıram”.

“Sevilya” ilə səfər matçından sonra oynaya bilmədəyimə görə üzgün idim, çünki ona qədər tam qaydasında idim, lakin bütün futbolçularda bu cür vəziyyətlər olur. Xoşbəxtlikdən məndə bu o qədər də çox olmayıb”.

“İndi mövsümün sonunda komandaya kömək etmək zamanı gəlib çatıb. Biz İngiltərə Kubokunu qazanmaq və Premyer Liqada mövsümü ikinci pillədə bitirmək istəyirik”.


Mənbə: Manchester Evening News

0 comments