“Yunayted”in futbolçuları yığmalarının heyətində

Cessi Linqard
Paylaş:

Ötən gecə “Mançester Yunayted”in bəzi futbolçuları yığmalarının heyətində yoldaşlıq görüşlərində iştirak ediblər.

Cessi LinqardMarkus Reşford Hollandiya ilə səfər matçında əsas heyətdə meydana çıxmışdılar. “Narıncılar”la qarşılaşmada Cessinin İngiltərə yığmasında vurduğu ilk qol yığmasına minimal hesablı qələbə gətirib. Qoldan 10 dəqiqə sona Reşford yerini Ceymi Vardiyə, Linqard isə Dele Alliyə verib. Bu dəyişiliklərdən bir neçə dəqiqə sonra isə Eşli Yanq meydana çıxır və son 20 dəqiqəni oynayıb.

Skott MakTominey Şotlandiya millisindəki ilk oyunundaca debüt etmək əldə edib. Start heyətdə meydana çıxan futbolçumuzun millisi “Hempden Park”da Kosta-Rikanı qəbul edib və 14-cü dəqiqədə qapısından qol buraxıblar, hansı ki, bu qarşılaşmada yeganə qol olmuşdu. MakTominey matçın 58-ci dəqiqəsində əvəzləmişdi.

Nemanya Matiç üçün yoldaşlıq görüşü uğurlu olmayıb – Serbiya millisi doğma meydanda Mərakeşə 1-2 hesabı ilə məğlub olub. Matiç start heyətdə meydana çıxmışdı və görüşün 67-ci dəqiqəsində əvəzlənmişdi.

Fransa millisi də öz yoldaşlıq görüşündə məğlub olub. Antoni Marsial Pol Poqba matça ehtiyat oyunçular skamyasından başlayıblar, amma Deşamın komandası onlarsız da artıq 26-cı dəqiqədə 2:0 öndə idilər. Cəmi 2 dəqiqə sonra Kolumbiyə millisi hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəllərində “Yunayted”in keçmiş futbolçusu Falkao hesabı bərabərləşdirir. Matçın son 5 dəqiqəsində kolumbiyalarılar penalti vurmaq imkanı əldə ediblər və hesabı xeyirlərinə dəyişməyi bacarıblar. Poqba oyunun 65-ci dəqiqəsində meydana daxil olur, Marsial isə sona qədər ehtiyatda qalıb.

David De Hea Almaniya ilə yoldaşlıq görüşündə qapısını toxunulmaz saxlaya bilməyib, hansı ki, oyun 1-1 hesabı ilə yekunlaşıb. İspanlar hesabı 6-cı dəqiqədə Rodriqo ilə açsa da, Müller ilk hissənin sonlarında gözəl zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Argentina və İtaliya yığmaları öz qarşılaşmalarını “Yunayted”in futbolçuları olmadan keçiriblər. Argentinadan Serxio Romero Markos Roho, İtaliyadan isə Matteo Darmian bütün 90 dəqiqəni ehtiyatdan izləyiblər, hansı ki, argentinalıların 2:0 hesablı qələbəsi qeydə alınıb.


Mənbə: manutd.com

0 comments