“Yunayted”in futbolçuları yığmalarının heyətində

Viktor Lindelöf
Paylaş:

Ötən gecə “Mançester Yunayted”in bəzi futbolçuları yığmalarının heyətində yoldaşlıq görüşlərinə çıxıblar.

Aleksis SançesViktor Lindelöf Çili və İsveç millilərinin oyunlarında bir-birlərinə qarşı oynayıblar, hansı ki, matç şənbə günü Stokholmun “Frends Arena” stadionunda baş tutmuşdu.

İlk hissənin ortalarında komandalar bir dəqiqə ərzində ard-arda qollar vurublar və bu hesab 90-cı dəqiqəyə də dəyişməz olaraq qalıb. Əlavə olunmuş dəqiqələrdə Aleksisin zərbəsini qapıçı qaytarsa da, hamıdan özünün tez çatdıran Marko Balodos topu qapıdan keçirib və isveçlilər üzərində qələbəni təmin edib. Sançez və Lindelöf bütün oyunu meydanda keçiriblər.

Erik Bayi Kot-d’İvurar millisinin heyətində Toqo ilə yoldaşlıq görüşündə iştirak edib, hansı ki, qarşılaşma 2-2 hesabı ilə yekunlaşmışdı. “Fillər” artıq 24-cü dəqiqədə iki qol vurmağı bacarmışdılar, amma rəqib hissənin sonunda və ikinci hissənin əvvəlində qollar vurmaqla hesabı bərabərləşdirə biliblər. Bayi hakimin son fitinə qədər meydanda olmuşdu.


Mənbə: manutd.com

0 comments