Droqba: “Pol Poqba Mourinyonun çox xoşuna gəlir”

Poqba, Joze
Paylaş:

“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba güman edir ki, əgər Pol Poqba və Joze Mourinyo arasında mübahisə varsa belə, bu münasibət çox tez bir zamanda normal vəziyyətə düşəcək.

Mourinyo ilə üç dəfə Premyer Liqanı qazanan Droqba deyib ki, özü də bir neçə dəfə Joze ilə mübahisə edib, amma bu münasibət yalnız oyunçunu silkələmək üçün bir yoldur, hansı ki, prtuqaliyalı bunu çox dəyərləndirir.

“Bizim aramızda da bir neçə dəfə qığılcımlar olub. Amma Joze heç vaxt sevmədiyi oyunçunun üstünə getməz. Pol onun çox xoşuna gəlir və məhz buna görə onun üzərinə belə məsuliyyət qoyur”.

Xatırldaq ki, Joze və Poqba arasında mübahisələr Mourinyonun fransız yarımmüfadiəçini bir neçə dəfə ehtiyatda saxlamasından və onun əvəzində Skott MakTominey və Maruan Fellayniyə şans verməsindən sonra başlayıb.


Mənbə: Daily Mail

0 comments