M.E.N.: “Skott MakTominey zədələnib”

Skott MakTominey
Paylaş:

Manchester Evening News


xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Skott MakTominey Şotlandiya millisinin heyətində zədələnib və müayinədən keçmək üçün klubun sərəncamına qayıdır. 

Aleks MakLişin komandası sabah Macarstan millisi ilə yoldaşlıq görüşündə iştirak edəcək, lakin Skott MakTominey zədələndiyinə görə bu oyunda olmayacaq və əvəzində klubuna geri qayıdacaq. Zədənin hansı dərəcədə ciddi olduğu müayinələrdən sonra bilinəcək.

Xatırladaq ki, MakTominey ilk dəfədir ki, Şotlandiya millisinə dəvət almışdı və Kosta – Rika ilə matçda debüt etmək imkanı qazanmışdı.


Mənbə: Manchester Evening News 

0 comments