“Yunayted” 16 yaşlı polşalını heyətinə qatıb

Lukaş Beyqer
Paylaş:

Manchester Evening News xəbər verir ki, “Mançester Yunayted” “Siti”dən olan qonşularını geridə qoyaraq 16 yaşlı polşalı müdafiəçi Lukaş Beyqerin keçidini həll edib.

Beyqer Poznan təmsilçisi “Lex”in akademiyasının yetirməsidir və keçən ilin avqustundan “Old Trafford”da baxışdadır. Keçən ilin sentyabr ayında Lukaş Polşanın 16 yaşlılardan ibarət yığmasının heyətində debüt etmişdi, keçən həftə isə öz yığma komandasında kapitan sarğısına sahib çıxmışdı.

Xəbər verilir ki, Beyqer ilə danışıqlar aparan “Siti”nin akademiyasının nümayəndələri keçməkdə klubun skautu Petr Sadovski kömək edib, hansı ki, keçən ilin sentyabr ayına qədər “Lex” klubunun akademiyasının əməliyyat direktoru vəzifəsində çalışırdı.

Beyqerin keçidi Niki Battın siyasətinin davamıdır, hansı ki, Akademiyaya nəinki gənc ingilis futbolçuları, həmçinin, ölkə xaricindən olan gənc istedadları cəlb etməkdir. Battın rəhbərliyi ilə kluba Tahiti Çonq, Nişan Burhart, Coşua Boui, Li O`Konnor kimi xarici futbolçular cəlb olunub, hansı ki, artıq özlərini yaxşı tərəfdən göstərə biliblər.

Yeni futbolçuların çoxu Kiran MakKenanın başçılığı altında 18 yaşlıların heyətində çıxış edir. Hazırda MakKenanın yetirmələri Premyer Liqanın şimal divizionunda 7 xallıq fərq ilə liderdirlər. Onlar 19 oyundan 13-də qələbə qazanıblar və liqada hamıdan çox fərqlənərək 59 qol vurublar.

DGOReloXkAArGrA


Mənbə: Manchester Evening News

0 comments