“Yunayted”in futbolçuları yığmalarının heyətində

Romelu Lukaku
Paylaş:

Ötən gecə “Mançester Yunayted” bir çox futbolçuları yığmalarının heyətində çıxış ediblər.

Antoni MarsialPol Poqba Rusiya ilə keçirilən qarşılaşmada start heyətdə yer almışdılar. Sant-Peterburqda keçirilən yoldaşlıq oyununda qolu Poqbanın assistindən sonra Kilian Mbappe vurub. İlk hissənin sonuna qədər Marsialın üç dəfə qol vurmaq imkanı olmuşdu. İkinci hissənin əvvəllərində Poqba cərimə zərbəsindən möhtəşəm qola imza ataraq hesabı 2-0 edir. Ruslar Smolov ilə hesab arasındakı fərqi azaltsalar da, Mbappe sonda özünün ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib. Marsial 58-ci dəqiqədə Qrizmann ilə əvəzlənsə də, Poqba hakimin son fitinə qədər meydanda oldu.

Aleksis Sançes səfərdə 0-0 hesabı ilə bitən Danimarka ilə oyunda Çilinin heyətində 75 dəqiqə meydanda olmuşdu. “Yunayted”in yanvar transferi Artur Vidalın qol vurması üçün şərait yaratsa da, Kasper Şmeyheli məyus etmək mümkün olmayıb.

Erik Bayi və Nemanya Matiç yığmalarının heyətində qələbəyə seviniblər. Bayi Moldovanı 2-1 hesabı ilə məğlub etdikləri oyunda 90 dəqiqə, Matiç isə Nigeriyanı 2-0 hesabı ilə udduqları matçın 65 dəqiqəsini meydanda keçirmişdilər. Viktor Lindelöf isə İsveçin 1-0 hesabı ilə Ruminyaya mğlub olduğ qarşılaşmada ehtiyatda oturub.

Romelu Lukaku üçün ötən gecə çox məhsuldar alınıb. Belçika millisinin Səudiyyə Ərəbistanı ilə keçirtdiyi oyunda 4-0 hesablı qələbə qeydə alınıb. Bu qollardan ikisinin müəllifi və birinin məhsuldar ötürməsinin sahibi Lukaku olub. Digər qolları Batşuayi və De Brüyne vurmuşdu. Hücumçumuz oyunun 79-cu dəqiqəsində əvəzlənmişdi.

İngiltərə yığması növbəti qarşılaşmasını İtaliya ilə keçirib. Start heyətdə “Yunayted”dən Eşli YanqCessi Linqard meydanda idi. İngilislər oyunun 26-cı dəqiqəsində Linqardın cərimə zərbəsini tez başlayaraq Vardiyə etdiyi ötürmə sonrası hesabda önə keçiblər. Oyunun çox hissəsində tablodakı rəqəmlər dəyişməyib. Yalnız son dəqiqələrdə hakim Yanqın Çiesaya qarşı hərəkətini penalti kimi dəyərləndirib və bundan sonra italyanlar hesabı bərabərləşdiriblər. Matçın gedişatında Markus Reşford Vardini əvəzləyərək son 20 dəqiqəni meydanda keçirib. Ardınca isə Cessi Linqard meydanı tərk edib. Eşli Yanq isə bütün oyunu meydanda olub.

İspaniya və Argentina arasında keçirilən oyuna “yoldaşlıq qarşılaşması” adını vermək olmur. İspanlar Maradonanın həmvətənlilərinin daşını daş üstünə qoymayaraq 6-1 hesablı qələbə qazanıblar. Hər iki tərəfin start heyətində “Yunayted”in oyunçuları meydana çıxıblar. İspaniyanın qapısını David De Hea, Argentinanın isə Serxio Romero qoruyurdu. Lakin Romero elə ilk qolda Dieqo Kosta ilə toqquşmada zədələnir. Qoldan 10 dəqiqə sonra da meydanda olsa da, sonradan məcburiyyətdən əvəzlənmişdi. “Yunayted”in digər futbolçusu Markos Roho bütün oyunu meydanda keçirib. İspanların heyətində İsko het-trik, Kosta, Alkantara və Aspas bir qolla yadda qalıblar. Aspasın qolunda məhsuldar ötürməni isə De Hea verib. Amerikalıların yeganə qolunu isə “Siti”nin müdafiəçisi Otamendi vurub.

Artıq bu gündən başlayaraq yığmalarının sərəncamında olan futbolçular “Mançester Yunayted”in heyətinə qatılacaqlar və “Suonsi” ilə növbəti qarşılaşmanın hazırlıqlarına başlayacaqlar.


Mənbə: manutd.com

0 comments