Sky: “Yunayted” Rişarlison ilə maraqlanır”

Rişarlison
Paylaş:

Sky Sports xəbər verir ki, “Mançester Yunayted”, “Çelsi” və “Everton” “Uotford”un 20 yaşlı vingeri Rişarlison ilə maraqlanırlar.

Brazilyalı futbolçu öz Premyer Liqa karyerasına möhtəşəm başladı – 12 oyunda 5 qol vurub, lakin keçən ilin noyabr ayından heç cürə fərqlənə bilmir və “Uotford” qorxur ki, gənc yarımmüdafiəçi12 ay fasiləsiz futbol oynamaqla sadəcə yorulub – əvvəlcə Brazilyada “Fluminense”də çıxış etdi, sonra siə keçən ilin avqust ayından İngiltərəyə gəldi.

“Çelsi” Rişarlisonu hələ keçən yay transfer etmək istəyirdi, lakin futbolçu “Uotford”a keçmək qərarı vermişdi. Buna səbəb isə ona orada daha çox oyun praktikası vəd olunması idi.

Sky Sports News güman edir ki, “Uotford” brazilyalı üçün yalnız 40 milyon funtdan başlayan təklifləri nəzərdən keçirəcək. Onlar 2017-ci ilin iyulunda Rişarlison üçün 11,2 milyon funt xərcləmişdilər.


Mənbə: Sky Sports

0 comments