Yay turunun bütün təqvimi bəlli oldu

ABŞ
Paylaş:

“Mançester Yunayted”in ABŞ-da keçirəcəyi təlim-məşq toplantısının bütün təqvimi bəlli olub, hansı ki, daha çox Çempionların beynəlxalq kuboku çərçivəsində keçiriləcək.

Bundan əvvəl bəlli olan “Amerika” və “Son-Xose Ertkueyks”ə qarşı oyunlardan başqa Joze Mourinyonun komandası “Real”, “Liverpul” və “Milan”a qarşı daha üç yoldaşlıq oyunu keçirəcək.

İtaliyanlara qarşı oyunu “Yunayted” Los-Ancelesdə yerləşən Pasadena şəhərçiyində keçirəcək, Kloppun komandasına qarşı matç Miçiqan ştanının Ann-Arbor şəhərində baş tutacaq, turun son oyunu isə Mayamidə keçiriləcək.

Bütün oyunlar MUTV kanalında canlı yayımla veriləcək.

“Yunayted”in yay təlim-məşq toplantısı üçün bütün təqvimi:

20 iyul, saat 06:00 (BVİ): “Amerika” (Meksika), Phoenix Stadium (Arizona);

23 iyul, saat 01:00 (BVİ): “Son-Xose Ertkueyks”, Levi’s Stadium (Santa-Klara);

26 iyul, saat 07:05 (BVİ): “Milan”, Pasadena Rose Bowl (Koliforniya);

29 iyul, saat 01:05 (BVİ): “Liverpul”, Michigan Stadium (Ann-Arbor);

01 avqust, saat 04:05 (BVİ): “Real”, Hard Rock Stadium (Mayami).


Mənbə: manutd.com

0 comments