Poqba: “Transfer haqqında fikirləşmirəm”

Pol Poqba
Paylaş:

Pol Poqba Fransanın Canal+ telekanalının efirində öz gələcəyi haqqındakı şayiələrə və həmçinin, Joze Mourinyo ilə arasındakı münasibəti ilə bağlı suallara da cavab verib.

“Mən indi “Mançester Yunayted”in oyunçusuyam və indi həqiqətən də nələrin baş verdiyini haqqında fikirləşirəm. Biz kubokun finalında oynayacayıq, daha sonra dünya çempionatı başlayacaq, ona görə də mənim beynimdə transfer haqqında fikirlərə yer yoxdur. PSJ tərəfdən maraq? Bilinirsinizmi, əgər bütün şayiələr doğru olsaydı, mən indi eyni zamanda dünyanın bütün klublarında oynayardım”.

“Mənim Mourinyo ilə heç bir problemim yoxdur və fikirləşmirəm ki, onun da mənimlə bağlı problemi olsun. O, məşqçidir, o, öz seçimini edir və mən bir oyunçu kimi bu seçimi qəbul edirəm. Hər şey çox sadədir”.


Mənbə: Sky Sports

0 comments