Sky: “Yunayted” Blind və Darmianı satmağa hazırdır”

matteo darmian-deyli-blind
Paylaş:

Sky Sports öz mənbələrinə istinadən iddia edir ki, bu yay “Mançester Yunayted” Deyli Blind və Matteo Darmian üçün gələ biləcək hər bir təklifi nəzərdən keçirməyə hazırdır.

Fevral ayında “Yunayted” Blindin müqavilənin avtomatik artırılma bəndini aktivləşdirmişdi ki, hollandiyalı yayda klubu pulsuz tərk etməsin. Deyli bu mövsüm 16 oyunda iştirak edib, lakin keçən ilin avqustundan start heyətdə yer ala bilməmişdi.

28 yaşlı müdafiəçi, hansı ki, “Yunayted”də 2014-cü ildə 13 milyon funta “Ayaks”dan keçib, “Roma”ya keçə bilər, belə ki, italyan klubu “Çelsi”yə keçən Emerson Palmeriyə əvəzləyici axtarır.

Müqaviləsinin bitməsinə daha çox qalmış Darmian da İtaliyaya gedə bilər. Yanvar transfer pəncərəsində 28 yaşlı müdafiəçi ilə elə həmin “Roma” və “Napoli” klubu maraqlanırdı.

Bu mövsüm Darmian “Yunayted”in heyətində 15 oyunda iştirak edib, amma onlardan altısı Premyer Liqada baş tutub. Matteo 2015-ci ildə “Torino”dan 13 milyon funta “Yunayted”ə transfer olunmuşdu.


Mənbə: Sky Sports

0 comments