Fellayni: “Klub mənim müqaviləmdə səhvə yol verib”

Maruan Fellayni
Paylaş:

Maruan Fellayni hesab edir ki, “Mançester Yunayted” rəhbərliyi onunla keçən mövsüm müqavilə bağlamadığına görə səhvə yol verib və indi də o, istəyir ki, yeni müqavilə onun şərtləri ilə imzalansın.

“Klubda hər şey edirlər ki, mən qalım, amma “Yunayted” keçən mövsüm mənimlə yeni müqavilə bağlamadığına görə səhvə yol verib. İndi mən güclü mövqedəyəm, həmçinin, Joze Mourinyo deyib ki, məni komandada saxlamaq istəyir”.

“Keçən il məşqçiyə yaxınlaşdım və dedim ki, mənə müqavilə lazımdır. Daha sonra bizim ikinci dəfə söhbətimiz oldu, amma mən heç kimdən 10 dəfə soruşmağa hazırlaşmırdım. Sonradan mən komandnaın vacib oyunçusuna çevrildim, məni əvəzləyə biləcək yaxşı bir oyunçu isə 50 milyon avroyadır. Ona görə də klubda bilirlər ki, onlar bu vəziyyətdə səhvə yol veriblər”.

“Mənim indi 30 yaşım var, müqaviləm sona çatır və mən “Mançester Yunayted” ilə danışıqlar aparıram. Bir neçə klub var ki, mənimlə maraqlanırlar və mən ardınca nələrin olacağını gözləyirəm. Ola bilsin elə “Yunayted”i tərk etdim, amma unutmayın ki, mən hazırda dünyanın ən nəhəng klubların birində çıxış edirəm, işlər yaxşı gedir, mən bilirəm ki, komanda yoldaşlarım, personallar və digərləri mənə hörmətlə yanaşırlar. Onda niyə nəyisə dəyişək? İndi tələsməyin və qarşına çıxan ilk təklif etməyi qəbul etməyin heç bir mənası yoxdur, ona görə də hal-hazırda mən heç nəyə görə narahat deyiləm”.

“Çinə gedə bilərəmmi? Variantlardan biri budur. Mən istənilən təkliflərə hazıram. Mən özüm üçün yeni ölkələr və yeni mədəniyyətlər açmağı sevirəm. Mən ora tək getməyəcəm, əgər Çinə transfer olunsam, ailəm də mənimlə gedəcək”.


Mənbə: The Independent 

0 comments