Blind: “Məzuniyyətdən sonra qərar verəcəm”

Deyli Blind
Paylaş:

Deyli Blind deyib ki, öz gələcəyi ilə bağlı qərarı məzuniyyətdən sonra verəcək. Mətbuat isə tez-tez 28 yaşlı hollandiyalını “Old Trafford”u tərk edəcək futbolçuların siyahısında göstərir, lakin Blind deyir ki, hələ qalıb-qalmayacağı haqqında qərar verməyib.

“Mənim gələcəyim? Biz bu haqda məzuniyyət vaxtı fikirləşəcəyik. “Yunayted” möhtəşəm böyük bir klubdur və əlbəttə ki, bir çox turnirdə də iştirak edir. Müqaviləmin bitməyinə hələ bir il də var”.

“Sözsüz ki, mən öz transferimi həyacan içində həyata keçirməyə hazırlaşmıram, çünki mənə heç kim zəmanət verə bilməz ki, yeni klubumda tez-tez oynamaq şansım olacaq. Bizə gözləmək lazımdır, amma, əlbəttə ki, mən bu mövsümün ikinci yarısından razı qalmadım. Ona görə də mən indi məzuniyyətə gedirəm, daha sonra bütün mümkün variantları mnəzərdən keçirəcəm və qərar verəcəm”.

Blindin xidmətindən “Roma”, “İnter” və “Ayaks” klubları maraqlıdır.


Mənbə: ESPN

0 comments