Giqqz: “Ümid edirəm ki, “Liverpul” məğlub olacaq”

Rayan Giqqs
Paylaş:

“Mançester Yunayted”in keçmiş futbolçusu və Uels millisinin baş məşqçisi Rayan Giqqz bildirib ki, bu həftəsonu baş tutacaq Çempionlar Liqasının finalında “Liverpul”a məğlubiyyət arzulamaq üçün iki səbəbi var.

“Real” “Liverpul”a qalib gələ biləcək? Mən bunu deməli deyiləm, amma ümid edirəm ki, elə bu cür də olacaq. Həm “Mançester Yunayted”in azarkeşi kimi, həm də uzun müddət “Yunayted”də oynamış biri kimi “Liverpul” mənim üçün əsas rəqib sayılır. Sözsüz ki, onlar elə-belə bizim əsas rəqibimiz olmayıb – onlar böyük tarixə sahib olan möhtəşəm klubdur”.

“Onları finalda görmək mənə xoş deyil, amma onlarla rəqib faktorunu belə unutsaq, mənim onlara məğlubiyyət arzulamaq üçün başqa bir səbəbim də var – çox yaxşı olardı ki, Qaret Beyl dördüncü dəfə Çempionlar Liqasının qalibi olardı. Bu inanılmaz bir nailiyyət olardı!”.


Mənbə: Manchester Evening News

0 comments