M.E.N.: “Yunayted” Fred transferini həll edib”

Fred
Paylaş:

Manchester Evening News öz mənbələrinə istinadən xəbər verir ki, “Şaxtyor”un brazilyalı yarımmüdafiəçisi Fred “Yunayted”in bu yay ilk transferi olmalıdır.

Məlumata görə Fredin agenti “Arsenal”ın keçmiş futbolçusu Jilberto Silva futbolçu ilə bir neçə gün bundan əvvəl Brazilyada görüşmüşdü, daha sonra İngiltərəyə “Mançester Yunayted”in nümayəndələri ilə danışıqlar üçün getmişdi.

Transfer gələn ayın əvvəllərində yekunlaşa bilər. İyunun 3-də Brazilya millisi, hansı ki, Fred də ora dəvət alıb, “Enfild”də Xorvatiya millisi ilə yoldaşlıq oyunu keçirdəcək. “Liverpul”un stadionu “Yunayted”in Karrinqtondakı bazasından cəmi 29 mil uzaqlıqda yerləşir və gözlənilir ki, həmin ərəfədə Fred orada tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq ki. Dünya Çempionatından əvvəl keçidini reallaşdırsın.

Əlavə olaraq bildirilir ki, “Yunayted” ilə Fred üçün mübarizə aparan “Siti” artıq fikrini digər brazilyalı futbolçu, “Napoli”nin yarımmüdafiəçisi Jorjinyoya yönəldib.


Mənbə: Manchester Evening News

0 comments