Tobi Alderveyreld üçün danışıqlar başlanılıb

Tobi Alderveyreld
Paylaş:

Əksər Britaniya mənbələri bildiriblər ki, “Mançester Yunayted” və “Tottenhem” arasında artıq “şpurs”un müdafiəçisi Tobi Alderveyreld üçün danışıqlar başlanılıb.

Mənbələr iddia edirlər ki, “Tottenhem” 29 yaşlı belçikalı futbolçudan 75 milyon funt qazanmaq istəyir, amma Manchester Evening News hesab edir ki, bu rəqəm reallığı əks etdirmir. Gələn mövsüm Alderveyreldin müqaviləsində bəndin biri aktivləşəcək, hansı ki, istənilən kluba bu futbolçunu cəmi 25 milyon funta almağa imkan yaradacaq və “Tottenhem”in prezidenti Daniel Levi klubda qalmaq istəməyən futbolçu ilə daha bir mövsüm keçirməyi və qiyməti şişirtdiklərinə görə daha az pul qazanmağı risk edəcək.

“Mançester Yunayted”in rəsmi jurnalının keçmiş redaktoru Sem Pilcer də Alderveyrel üçün danışıqların başlanmasını təsdiqləyib və öz Tvitter hesabında belə yazıb: “Yunayted” Alderveyreld transferinə daha da yaxın oldu. Razılaşma gözləndiyindən də tez əldə oluna bilər”.


Mənbə: Manchester Evening News

0 comments