Fred: “Yunayted” mənlə çox ciddi maraqlanır”

Fred
Paylaş:

“Mançester Yunayted”ə keçidi gündəmdə olan brazilyalı futbolçu Fred Rio-de Janeyroda təşkil olunmuş mətbuat konfransında ilk dəfə olaraq öz gələcəyi ilə bağlı fikirlərini bildirib.

“Yanvar ayında müəyyən danışıqlar oldu, hansı ki, mən demək olar artıq “Siti”də idim. Bu “Siti” və “Yunayted”in “Şaxtyor” və agentim ilə danışıqlardan sonra oldu. Amma günün bu günündə əgər səhv etmirəmsə, “Yunayted” tərəfdən ciddi maraq var”.

“İndi mənim bütün fikirlərim yalnız Dünya çempionatı ilə bağlıdır, digər məsələlərlə agentim məşğul olur. Mən sadəcə meydanda öz işimi görmək istəyirəm, ondan kənarda olan işlərlə isə Jilberto Silva məşğul olur. Mənim nümayəndələrim hər şeyi mənim maraqlarıma uyğun edirlər. Ola bilsin ki, Dünya çempionatından sonra mənim üçün ən yaxşı olacaq qərarı seçəcəm”.

“Şaxtyor”un sahibi və prezidenti Rinat Axmetov da Fredin gələcəyi ilə bağlı danışıb və izah edib ki, onun gedişindən ciddi təzminat gözləyir.

“Siz bilirsiz ki, qışda bizim “Mançester Siti” ilə danışıqlarımız oldu və rəsmi təklif göndərildi. “Siti” bizə Fred üçün 50 milyon avro təklif etdilər, amma bu təklifi qəbul etməmək üçün bizim kifayət qədər xarekterimiz oldu, çünki biz Çempionlar Liqasında çıxış edirdik və Ukrayna çempionatını yekunlaşdırırdıq. Nəticədə biz çempion olduq və kuboku qazandıq”.

“Prinsipcə bizim qərarımız düzgün idi və mən əminəm ki, biz “Siti”nin etdiyi təklifdən də yaxşılarını alacayıq və indi almaqdayıq da”.


Mənbə: Manchester Evening News

0 comments