Independent: “Beyl “Yunayted”ə transfer olunmasını istəyir”

Qaret Beyl
Paylaş:

Independent xəbər verir ki, Qaret Beyl komanda yoldaşlarına “Mançester Yunayted”ə transfer olunmasını istədiyini bildirib, lakin 28 yaşlı uelsli futbolçu “Old Trafford”dan təklif almaya da bilər.

Baylə “Yunayted” tərəfdən maraq çoxdan mövcuddur – ser Aleks Ferqyuson Qareti hələ “Southempton”da çıxış edərkən almaq istəyirdi, 2013-cü ildə isə “Yunayted” futbolçunu “Real”dan “oğurlamağa” yaxın idi.

Lakin indi məlumata görə həmin maraq çox aşağı düşüb. Klubda hesab edirlər ki, oyunçunun yaşını və zədəyə meyilli olması səbəbini nəzərə alsaq, onun transferi və maaşı, hansı ki, həftəsinə 600 min funt alır, həddindən artıq çoxdur. Aleksis Sançesin alınmasından sonra uelsli futbolçunun mümkün transferi minimuma enir. Xəbər verilir ki, “Yunayted” hücuma meyilli futbolçu almağı qarşısına məqsəd qoymayıb və digər mövqeləri gücləndirməyi planlaşdırır.

Beylin özü Çempionlar Liqasının finalından sonra Madridi tərk etmək istədiyin işarə vurub: “Mən hər həftə oynamalıyam, bu mövsüm isə bu belə olmadı. Zədəyə görə mən bu il 5-6 həftə buraxmalı oldum, amma çoxdandır ki, mənim heç bir problemim yoxdur. Bu yay mən agentim ilə görüşəcəyik və bunu müzakirə edəcəyik”.


Mənbə: Independent

0 comments