MakKena Jozenin məşqçi heyətinə daxil ediləcək

Kiran MakKena
Paylaş:

“Mançester Yunayted”in gənclərdən ibarət komandansının baş məşqçisi Kiran MakKena qardaşı bildirib ki, şimali irlandiyalı mütəxəssis Joze Mourinyonun məşqçilər heyətinə daxil ediləcək.

Uzun müddət Mourinyonun köməkçisi olan Rui Faria artıq növbəti mövsümdən peşakar karyerasına başlayacaq. Buna baxmayaraq, Joze onun yerinə birbaşa əvəzləyici axtarmayacaq.

Əvəzində Mourinyo komandasına “Yunayted”in keçmiş kapitanı Maykl Kerriki və U18 komandasının baş məşqçisi Kiran MakKenanı dəvət edib, həmçinin ümid edir ki, “Sampdoriyanın fiziki hazırlıq üzrə məşqçisi Stefano Rapetti ilə razılaşma əldə olunacaq, hansı ki, indi klub onunla danışıq aparır.

32 yaşlı MakKena üçün bu əhəmiyyətli bir inkişafdır. Uşaq vaxtından “Mançester Yunayted” azarkeşi olan mütəxəssis kluba 2016-cı ildə qoşulub, amma artıq U18 komandasına öz təsirini qoya bilib, hansı ki, bitən mövsümdə gənclərin Premyer Liqasının şimal divizionunu qalib başa vurub.

“Bu möhtəşəmdir. Onun karyerası son beş-altı ilə yüksələn xətt üzrə inkişaf edir. Amma “Mançester Yunayted” səviyyəsində böyük bir klubdan yüksək vəzifə almaq sadəcə inanılmazdır” – MakKenanın qardaşı Ceyms bildirib.

“Bizim hamımız üçün bu böyük sürpriz oldu. Biz bilirdik ki, o, yaxşı bir mütəxəssisdir, bildirdik ki, klubda nə işlər görür, amma bizdən heç kim gözləmirdi ki, o, belə bir qısa zamanda “Mançester Yunayted”in əsas komandasında olacaq”.

“Mourinyo Avropanın bütün top-klublarında olub və əsas komanda üçün məşqçi tapmaq üçün çox yer tapa bilərdi. Amma o və klub qərar verdilər ki, Kiran bu vəzifəyə uyğun biridir. Bunu qəbul etmək üçün bir müddət lazım olacaq”.


Mənbə: Manchester Evening News

0 comments