Yeni mövsümün cədvəli bəlli olub

premyer liqa
Paylaş:

“Mançester Yunayted”in Premyer Liqanın 2018-2019 mövsümü üçün oyun cədvəli bəlli olub.

“Yunayted” avqustun 11-də “Old Trafford”da “Lester Siti”ni qəbul edəcək. 1998-ci ilin 15 avqustundan bəri ilk dəfədir ki, mövsümün ilk ev oyununda “tülkülər” ilə qarşılaşacaq, hansı ki, həmin vaxt Devid Bekhemin cərimə zərbəsiTrebl etdiyimiz mövsümün əvvəlində hesabı 2-2 edir və əlbəttə ki, biz bu tarixi hadisənin 20-ci illiyini qeyd edəcəyik.

İlk səfər oyunumuz  “Braytan” ilə 18 avqustda baş tutacaq və Premyer Liqaya yeni yüksələn komandalardan birinci 22 sentyabrda “Old Trafford”da “Vulherempton” ilə qarşılaşacayıq.

Mançester derbisi 10 noyabrda (səfərdə) və 16 martda (evdə) baş tutacaq. Joze Mourinyonun komandası “Liverpul”la isə 15 dekabrda (səfərdə) və 23 fevralda (evdə) oynayacaqlar.

“Boksinq dey” ərəfəsində isə “Yunayted” əvvəlcə “Haddersfild Taun” ilə qarşılaşacaq. Dekabrın 29-da “Bornmut” ilə oyundan sonra isə Yeni ildə “Nyukasl”a səfər edəcəyik. Mövsümü 12 mayda “Kardif Siti” ilə matçla yekunlaşdıracayıq.

35388901_1768121479945453_8900213509183242240_n


Mənbə: manutd.com

0 comments