M.E.N.: “De Hea yeni 5 illik müqaviləyə imza atacaq”

David De Hea
Paylaş:

Manchester Evening News xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı David De Hea “Real Madrid” söz-söhbətlərinə son qoymaq üçün klubu ilə yeni 5 illik müqaviləyə imza atmağa qərar verib.

Çempionlar Liqasının son qalibi artıq çoxdandır ki, De Heanı vətəninə qaytarmaq istəyir və klubun presidenti Florentino Peres futbolçunun “Santyaqo Bernabeu”ya keçməsi üçün 100 milyon funt verməyə də hazır idi.

“Yunayted” bir neçə dəfə komandasının ən dəyərli oyunçusunu satmayacağını bildirmişdi və özləri də əmin idi ki, futbolçunun özü transferi üçün onlara müraciət də etməyəcək.

Joze Mourinyo da bildirmişdi ki, bu ya De Heanı heç yerə buraxmayacaqlar və “Yunayted” yeni müqavilənin bağlanmasından asılı olmayaraq, müqaviləni avtomatik daha bir il də artırılması bəndini də aktivləşdirəcək.

Bu həftə De Hea mətbuat konfransında gələcəyi ilə bağlı bəzi sualları da cavablandırıb.

“İnanmıram ki, Florentino Peresdə mənim nömrəm olsun. “Real Madrid”in qapıçısı olacağımı da bilmirəm. Onu dəqiq bilirəm ki, Mançesterdə xoşbəxtəm. Və bilirəm ki, hər bir oyunçu kimi mən də titullar qazanmaq istəyirəm”.

“Mançester Yunayted” böyük klubdur və biz ikinci yeri tutmaq üçün də oynamırıq. Bizə nəticələrimizi yaxşılaşdırmaq lazımdır ki, yenidən bu klubu əvvəlki vəziyyətə qaytaraq”.


Mənbə: Manchester Evening News

 

0 comments