The Sun: “Yunayted” Ronaldo ilə maraqlanır

Ronaldu
Paylaş:

Bu gün “The Sun” qəzetində dərc olunan transfer xəbərlərindən birində qeyd edilir ki, “Mançester Yunayted” Kriştiano Ronaldo ilə yaxından maraqlanır.

Qeyd olunur ki, ingilis klubu bu yay “Real Madrid”i tərk edəcəyi gözlənilən Ronaldonu yenidən öz rənglərinə bağlamaq fikrindədir və bu məqsədlə onlar “Kral klubu”na 88 milyon funt-sterlinq təklif etməyə hazırlaşırlar.

Portuqaliyalı ulduz futbolçu Çempionlar Liqası finalının ardından bu yay “Real”dan ayrıla biləcəyini demişdi. Qeyd edək ki, onunla “Yuventus” klubu da yaxından maraqlanır.


Mənbə: Sky Sports

0 comments