Boss: Kapitanlıq üçün bir çox seçim var

Valensiya
Paylaş:

Bu gün keçirilən “Klub Amerika” ilə yoldaşlıq görüşündə (1-1) “Mançester Yunayted”in kapitanı Antonio Valensiya idi və onun önümüzdəki mövsümdə də komandanın əsas kapitan olacağı barədə Joze Mourinyo danışıb.

Komandasında kapitanlığa layiq olan bir çox futbolçunun olduğunu qeyd edən Joze deyib:

“Valensiya kapitan olacaq, lakin o oynamayanda biz kimin kapitan olmasına qərar verməliyik, bu, kimin meydanda olmasından asılıdır. Əgər bu Smollinqdirsə, bu Eşli Yanqdırsa və ya Errera, Mata – əgər meydandadırlarsa, onlar bir seçimdirlər”.

“Düşünürəm ki, Nemanya Matiç də kapitanlıq üçün lazım olan hər şeyə sahibdir, amma o hələ cəmi bir ildir komandaya gəlib. Amma mənə qalsa, kapitanlıq üçün çox da maraqlı deyiləm, mənə daha maraqlı olan paltardəyişmə otağındakı vəziyyətdir”.


Mənbə: manutd.com

0 comments