Antonio Valensiya zədələnib

Valensiya
Paylaş:

Bu gecə ABŞ-da keçirilən “Mançester Yunayted” – “San Xose” (0-0) matçına start heyətdə meydana çıxan Antonio Valensiya matçın 7-ci dəqiqəsində zədələnərək meydandan çıxıb.

“Mançester Yunayted” tərəfindən bu barədə rəsmi açıqlama verilməsə də, 32 yaşlı müdafiəçinin baldır əzələsində bir dartılma olduğu güman edilir.

Hazırda komandanın heyətində formada olan yalnız bir sağ cinah müdafiəçisi var – Matteo Darmian. Yeni transfer Dioqu Dalotun da sentyabra qədər yaşıl meydanlara çıxmayacağını nəzərə alsaq, bundan sonrakı oyunlarda Mourinyonun əlində yalnız bir sağ cinah müdafiəçisi qalır. Bununla belə, Sky Sports yazır ki, italyan müdafiəçi ilə “Napoli” klubu yaxından maraqlanır.


Mənbə: Sky Sports

0 comments