Nemanya Matiç məşqlərdə zədələnib

matiç
Paylaş:

“Mançester Yunayted”in saytı xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Nemanya Matiç məşqlər zamanı bir zədə alıb və Beynəlxalq Çempionlar Kubokunda həftəsonu “Liverpul”a qarşı matçda iştirak edə bilməsi sual altındadır.

Joze Mourinyo “Milan” ilə penaltilər seriyasına gedən matçın ardından mətbuat konfransında Matiç, Valensiya və Marsialın xidmətlərindən məhrum olduğunu bildirib. Valensiya zədəsini bərpa etmək üçün evinə qayıdıb və çox güman ki, mövsümün ilk turlarında keçiriləcək oyunları da buraxmalı olacaq.

Antoni Marsial isə növbəti dəfə ata olmaq üçün Parisə – xanımının yanına gedib. Bu barədə danışan Mourinyo deyib:

“O, mənə dedi ki, Parisə gedir, bu, 3 gün əvvəl olmuşdu. Bilirsiz ki, şəxsi məsələlər olduqda hər kəs ən düzgün olanı edir və o da ikinci dəfə ata olmağa gedir ki, buna da əngəl olmağa heç kimin haqqı yoxdur deyə düşünürəm”.


Mənbə: manutd.com

0 comments