Poqba “Yunayted”dən ayrıla bilər

Pol Poqba
Paylaş:

Son günlər medianın gündəmində Pol Poqbanın “Mançester Yunayted”dən ayrılaraq “Barselona”ya keçəcəyi ilə bağlı xəbərlər də yer alıb.

Belə ki, bu gün İtalyan nəşri Calciomercato yazıb ki, Poqbanın agenti Mino Raiola futbolçunun “Barselona”ya mümkün keçidini müzakirə etmək üçün klub rəhbərliyi ilə görüşəcək və katalan klubunun fransalı yarımmüdafiəçi üçün etdiyi transfer təklifini masaya yatıracaq.

Qeyd edilir ki, LaLiqa nəhəngi Poqba üçün “Yunayted”ə 110 milyon avro dəyərində bir təklif irəli sürməyi planlaşdırır. Mənbənin verdiyi məlumata görə, futbolçunun özü ilə də şəxsi razılaşma əldə olunub.

0 comments