“Tottenhem” ilə oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Tottenhem” ilə oyun üçün təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

VUDVORD İLƏ MÜNASİBƏTİ HAQQINDA

Joze Mourinyo jurnalistlərin onunla klubun vitse-prezidenti Ed Vudvordun münasibətlərinin yaxşı olması ilə bağlı suala “Yunayted”in baş məşqçisi belə cavab verib: “Əlbəttə” – əlavə olaraq isə bildirib ki, aralarında heç bir problem yoxdur.

MƏTBUATIN “BRAYTON”A MƏĞLUBİYYƏTLƏ BAĞLI REAKSİYASI

“Bu haqda məndən soruşmayın, çünki bizim haqqımızda yazılan heç nəyi oxumuram. Mən bizim haqqımızda yazılan və televizorda göstərilənlərin 10 faizindən belə xəbərim yoxdur, ona görə də mən bu suala verə biləcək adam deyiləm”.

Mourinyodan soruşanda ki, mətbuatın komandnaın problemlərini çox önə çıxartdıqlarını düzgün hesab edir ya yox, onda belə cavab verir: “Siz pessimistsiz, mən isə yox”.

POQBANIN OYUNDAN SONRAKI AÇIQLAMALARI

“Brayton”a məğlubiyyətdən sonra Pol Poqba açıqlama vermişdi ki, “Yunayted” oyuna çox pis köklənmişdi. Mourinyodan bu açıqlama haqqında nə düşündüyünü də soruşublar.

“Bunu Pol deyib və özü də bu suala cavab verməlidir. Əgər siz Poqbanın sözlərinin izahını istəyirsizsə, onun özündən soruşun”.

“BRAYTON” VƏ “LESTER” İLƏ OYUNLAR HAQQINDA

“Məğlub olan oyundan sonra həmişə çətin olur, xüsusən də, ən çox öz işlərindən məsuliyyətli və peşakar olanlar üçün. Amma daha sonra tez bir zamanda növbəti oyun diqqətini yönəldirsən. Eyni şey qələbə qazandığın oyundan sonra da davam edir – irəliyə getmək, növbəti oyuna hazırlaşmaq lazımdır, məğlubiyyətdən sonra isə daha çox işləmək lazım gəlir. Fikrimcə “Lester”ə qarşı yaxşı oynadıq və biz qələbə qazandıq. Mən hesab edirəm ki, “Brayton”a qarşı pis oynadıq və buna görə də məğlub olduq. Mən yaxşı oynayıb, qələbə qazanmağı daha üstün sayıram. Yaxşı və səhvsiz oynamaq bizim istədiyimizdir”.

NÖVBƏTİ OYUNLAR HAQQINDA

“Biz 19 oyunda evdə və səfərdə oynayacayıq, onların hamısı ilə oynayacayıq, ona görə də indi deyə bilmərəm ki, “Tottenhem” ilə qarşılaşma indi bizim üçün uyğundur ya yox. Təqvim elə düşüb ki, biz ikinci ev oyunumuzu “Tottenhem”ə qarşı keçirəcəyik. Daha sonra iki dəfə ardıcıl səfər oyunumuz var – “Börnli” və “Uotford”a qarşı. Təqvimimiz bu cürdür. Əlbəttə, bu çətin oyun olacaq, bu komanda keçən mövsümü ilk dördlükdə bitirdi, ona görə də onları məğlub etmək asan olmayacaq”.

KOMANDA HAQQINDA

Aleksis Sançes “Brayton” ilə oyunu zədə səbəbindən buraxmalı olmuşdu, Nemanya Matiç və Antonio Valensiya artıq keçən həftədən komanda ilə birlikdə məşqlərə başlayıblar, amma onlar “Tottenhem” ilə oyuna hazır olacaqlar?

“Mən bilmirəm, bu gün hələ cümə günüdür, biz hələ şənbə və bazar günü də məşq edəcəyik, oyun isə bazar ertəsi olacaq. Biz bazar günü qərar verəcəyik, amma onlar, bəli, komanda ilə birlikdə məşq edirlər. Dioqu Dalo da bu həftə komanda ilə ilk dəfə birlikdə məşqlərə başladı, demək olar ki, bununla da zədəli futbolçumuz qalmadı”.


Mənbə: Mirror

 

0 comments