Sançes vəziyyəti düzəltmək istəyir

Aleksis Sançez
Paylaş:

Manchester Evening News xəbər verir ki, Aleksis Sançes düşdüyü vəziyyətdən narazılıq etmir. Futbolçu özü də yaxşı başa düşür ki, məşqçilər korpusu və azarkeşlər ondan daha çox şeylər gözləyir və bunun üçün də onların inamını qazanmaqdan ötrü hər şey etməyə hazırdır.

Sançes bu mövsüm bir oyundan başqa digərlərinin hamısında əvəzlənmişdi, “Vest Hem” ilə oyunda isə ümumiyyətlə meydandan kənar qalmışdı. Buna baxmayaraq, Aleksis Mourinyonun qərarını başa düşür və vəziyyəti düzəltməyə çalışacaq.

“Bu doğrudur ki, Aleksis meydanda hələ çox şey göstərməlidir, amma hərdən oyunçuların çətin dönəmləri də olur” – Manchester Evening News nəşrinin müxbiri oyunçuya yaxın olan mənbələrə istnadən xəbər verir.

“O, Mançesterdə xoşbəxtdir və başa düşür ki, öz klubuna daha çox çox xeyir verməlidir. Məhz buna görə də bütün gücü ilə çalışır. O, mümkün olan hər bir şeyi qazanmaq istəyir”.


Mənbə: Manchester Evening News

 

0 comments