Mourinyonun günahı sübut olunmadı

Joze Mourinyo
Paylaş:

Futbol Assosiasiyası “Nyukasl” ilə oyundan sonra qeyri-etik ifadələrə görə Joze Mourinyoya qarşı olan ittihamları sübut edə bilməyib.

Xatırladaq ki, “Nyukasl” ilə oyundan sonra Mourinyo kameralara işlətdiyi ifadələrdən sonra mətbuat onun portuqal dilində qeyri-etik sözlərdən istifadə etdiyini iddia etmişdi.

Bu gün isə FA yaydığı bəyanatda bildirir: “Joze Mourinyonun əleyhinə olan qeyri-etik və ya yanlış sözlərdən istifadə etdiyi ittihamı sübut olunmayıb. Bu qərar müstəqil intizam komissiyasının 2018-ci ilin 31 oktyabrında keçirilən iclasında verilib”.

“Bu 2018-ci ilin 6 oktyabrında “Mançester Yunayted” – “Nyukasl” oyunun sonundakı insident ilə bağlıdır. Müstəqil intizam komissiyasının qərarının yazılı şəkildə daha sonra yayımlanacaq. Bu qərara etiraz oluna bilər”.


Mənbə: Manchester Evening News

 

0 comments