“Bornmut” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo sabah Premyer Liqada baş tutacaq “Bornmut” ilə səfər matçından öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin sualların cavablandırıb.

KOMANDA HAQQINDA

“Çox yaxşı həftə oldu. Biz taktiki cəhətdən hazırlaşdıq, öz fiziki formamızı yaxşılaşdırdıq. Bəzi futbolçular formalarını artırmağa davam etdilər, məsələn, Linqard, Aleksis artıq oynamağa hazırdılar, amma hələ maksimal səviyyədə yox. Bizim gənclərin komandasından iki cavan oğlan da məşq etdi. Bu həftənin bir günündə onlar bizimlə ümumi qrupda məşq etdilər. Yaxşı həftə idi”.

“Dalo və Fellayni hələ hazır deyillər. Antoni Valensiyanın dizində problem var. Amma Linqard və Aleksis haqqında “onlar hazırdılar” deyə bilərəm”.

FA-NIN QƏRARI HAQQINDA

“Mən klubdan və vəkilimdən bu ittihamdan şikayət etməyimin səbəbini bilirəm, çünki mən yüz faiz günahsız idim. Amma komissiyanın qərarını qabaqcadan bilmək olmaz. Narazı deyiləm, amma mən bilirəm ki, bu prosesə hörmət etməliyəm və olacaqları gözləməli idim. Amma mən apellyasiya şikayətini o zaman edirəm ki, günahsız olduğuma əmin olum, əks halda bu özümüm və digər insanların boş yerə vaxtını alardım”.

LUKAKU START HEYƏTDƏ OLACAQ?

Sual Jozenin xoşuna gəlmədi.

“Samueldən soruşun” – dedi.

Bu atmaca Manchester Evening News nəşrinin jurnalisti Samuel Lakherstin bu yaxınlarda start heyətin qabaqcadan bilib paylaşdığına görə ona ünvanlanmışdı.

MOURİNYO TƏQVİMDƏN NARAZIDIR

“Məncə turnir cədvəlində (yanvarda) daha da yüksəkdə olacayıq. Mövsümün axırında mən həmişə deyirəm ki, 19 oyun evdə və 19 oyun səfərdə oynadıq – hansı ardıcıllıqda olmasının fərqi yoxdur. Amma əslində indiki təqvim bəzən komandnaın formuna təsir qoyur. Bizim iki ardıcıl səfər oyunumuz oldu – “Börnli” və “Uotford”a qarşı. İndi biz “Bornmut” və “Mançester Siti”yə qarşı səfərdə oynayacayıq. “Siti” ilə oyundan öncə “Yuventus”la qarşılaşacayıq. “Liverpul”la oyundan öncə isə səfərdə “Valensiya” ilə oynayacayıq”.

“Mövsümün bu dönəmində ola bilsin ki, titula üç əsas namizədə qarşı oyunlarımız var -“Liverpul”, “Çelsi” və “Mançester Siti” – bizim üçün elə də yaxşı olmayan təqvim”.

“Amma mən fikirləşirəm ki, dekabrın sonunda, daha doğrusu Premyer Liqanın ilk dövrənin sonunda turnir cədvəlində daha yuxarı pillədə olacayıq”.

KOMANDANIN FORMASI HAQQINDA

“Məncə indi biz özümüz-özümüzə köklənməliyik, daha yaxşı çalışmalıyıq və daha yaxşı nəticələr əldə etməliyik. Məsələn, “Stemford Bric”də biz özümüzü oyun nəzəri nöqtəsindən yaxşı göstərə bildik, amma üç xal bizim cibimizdə olduğu vaxt oyundan sonra bir xalla ayrıldıq. Digər oyunlarda da biz yaxşı nəticə ayrıla bilərdik və bunu etməli idik”.

“Ona görə də dekabrın sonuna qədər özümüzə, öz potensialımıza, öz keyfiyyətimizə köklənməliyik. Hazırda biz ilk dördlükdə yer almırıq, amma biz çalışacayıq və ona doğru qalxamağa cəhd edəcəyik”.

KOMANDANIN ƏHVALI HAQQINDA

“Əhvalımız yaxşıdır. Son bir neçə həftədir ki, əhvalımız yaxşıdır – “Nyukasl” ilə oyunun ikinci hissəsindən “Çelsi” ilə oyuna qədər. “Yuventus”la oyun çox çətin keçdi, komanda mübarizə apardı, ona görə də nəticəni nəzərə almasaq, çıxışımız pis deyildi. Digər xoş an isə “Everton” üzərindəki qələbə idi. Ona görə də əhvalımız yaxşıdır. Biz qaydasındayıq”.

“BORNMUT” HAQQINDA

“Onların tarixi – elə tarixdir ki, heç kimi təəccübləndirmir, çünki Çempionşipdən onlar Premyer Liqa komandası oldular və hələ də Premyer Liqa komandası kimi qaldılar. İndi stabillik dönəmindədirlər, onlar daha stabil olmaq istəyirlər, Avropa Liqası üçün, ilk dördlüyə yaxın pillələr üçün mübarizə aparmaq istəyirlər, bu isə istənilən komanda üçün çətin bir vəzifədir. Amma onlar fantastik iş görüblər, əla stabilliyə nail olublar. Eyni məşqçi ilə, eyni oyunçularla. Skaut xidməti tərəfindən əla iş – çox düzgün transferlər qərarları veriblər. Və mən deməyəcəm ki, bu mənim üçün sürpriz oldu”.

TİTUL ÜÇÜN ŞANS HAQQINDA

“Əgər siz ilk dördlükdə yer almırsızsa, mən fikirləşmirəm ki, titul haqqında danışmağa ehtiyac var. Əgər ilk dördlükdəsənsə, onda ətrafına baxmalısan, məsafəni müəyyənləşdirməlisən, təqviminə baxmalısan, zədələrlə və cəzalı oyunçularla bağlı vəziyyətini qiymətləndirməlisən və bir nəticəyə gəlməlisən. Amma biz indi ilk dördlükdə deyilik, ona görə bizim indiki hədəfimiz xallar yığmaq və dekabrın sonuna qədər turnir cədvəlində irəliləməkdir”.


Mənbə: Mirror

 

0 comments