Mourinyo “Bornmut” ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Bornmut” ilə çətin səfər oyunun nəticəsindən razıdır, amma hesab edir ki, onun komandasının bəxti gətirdi.

“Yunayted” matçın 11-ci dəqiqəsində hesabda geri düşür, amma ilk hissənin bitməsinə 10 dəqiqə qalmış Antoni Marsial bərabərlik qolumuzu vurmağı bacarır. İkinci hissədə hər iki komandanın qol vurması üçün şanslar olsa da, qarşılaşmanın artırılma dəqiqəsində Markus Reşford qələbə qolunun müəllifi olur.

İLK HİSSƏDƏ ÇOX PİS OYNADIQ

“Təkcə oyunun əvvəli yox, bütün ilk hissə bu cür oldu. Bütün ilk hissədə mənə elə gəlirdi ki, Premyer Liqanın ən uğurlu məşqçisiyəm, çünki hesab 1-1 idi, əslində isə 5-2 və ya 6-2 (“Bornmut”un xeyrinə) ola bilərdi. Bəxtimiz çox gətirdi, çünki çox pis oynayırdıq. Müdafiədə dəhşətli oynayırdıq, sadəcə iyrənc idi, mən müdafiə deyəndə konkret hansısa oyunçudan danışmıram, mən bütün komandanın müdafiədəki oyunundan danışıram. Biz təzyiq etmirdik, baxmayaraq ki, bütün həftəni bunun üçün məşq etmişdik. Məncə kim oyunu qıraqdan izləyibsə, ağlına da gəlməz ki, biz bütün həftəni çox çalışmaqla keçirmişik. İlk hissədə rəqibə olan təzyiqimiz faciəvi idi. İkinci hissədə isə hər şey əksinə oldu. Biz çox qol fürsətləri yaratdıq, daha çox təzyiq etdik, aqressiv, sürətli və böyük istəklə oynadıq. Biz çoxlu qol şansları yaratdıq və 92-ci dəqiqədəki qola layiq olduq. Nəticədə öz qolumuzu vurduq, hansı ki, bizə vacib xallar gətirdi”.

FASİLƏDƏ NƏ DEDİM

“Təsirli, amma sakit sözlər idi. Mən pozitivlərdən başladım və qeyd etdim ki, ilk hissədə pis oynadığımız kimi ikinci hissədə ondan da pis oynamaq artıq mümkün deyil, ona görə də aydındır ki, ikinci hissə daha yaxşı olmalıdır. Anderi oyuna buraxdığıma görə şadam. Adətən, sənin komandana qol lazım olanda çalışırsan ki, hücumameyilli futbolçulardan və ya hücumameyilli dəyişikliklər edirsən, bu dəfə isə hiss elədim ki, bizə Errera kimi oyunçu lazımdır, hansı ki, yarımmüdafiədə balans yaradır, təzyiqi artırır, topu tez geri alacaq və Eşlıi Yanqı dəstəkləyəcək. Ona görə də bu əvəzetmədən razı qaldım. Komanda daha yaxşı oynamağa başladı və çoxlu qol imkanları yaratdı. Eşli Yanqın cərimə zərbəsindən sonra iki şansdan yararlana bilməməyimizə sadəcə inana bilmədim. “Çelsi” ilə oyunda son saniyələrdə itirdiyimiz iki xalı bu gün qaytardıq”.

MÖVSÜMÜN ƏN YAXŞI MƏŞQİ

“Mən başa düşə bilmirəm. Mən isinmə hərəkətlərində olmamışam, amma köməkçilərim (Maykl Kerrik və Kiran MakKenna) mənə yaxınlaşdılar və dedilər ki, bu mövsümün ən yaxşı isinmə hərəkətləri idi, hamı oyuna köklənmişdi və çox sürətlə çalışırdılar. Mən demişdim ki, bizim çox fenomenal həftəmiz oldu, çox yaxşı çalışmışdıq, ona görə də inana bilmirəm ki, ilk hissəni bu qədər pis başladıq. Amma mən fikirləşirəm ki, bir neçə səhv komandanı stabillikdən məhrum etmişdi – müdafiədəki səhvlər hücumlarımıza da təsir qoydu. Mənim “hücum, hücum, hücum” çantından xoşum gəlir, amma başa düşmək lazımdır ki, komanda topu itirəndə ona stabillik lazımdır. Bu gün qeyri-stabillik hiss olunurdu və bu yenə də yaxşı bir komandaya qarşı oyunda baş verdi. Amma taktiki cəhətdən biz hər şeyə hazır idik. Bu mövsüm onlar bir neçə dəfə beşli müdafiəçi ilə də oynayıblar, biz buna da hazır idik. Biz hətta 4-4-2 düzülüşünə də hazır idik. Bilirdik ki, Kinq oynayamayacaq, güman edirdik ki, oynadıqları kimi davam edəcəklər. Biz hər şeyə hazır idik. Mənə oyunun əvvəlindəki abu-hava hələ də aydın deyil, hansı ki, boz saçlarımın sayını artırır”.


Mənbə: manutd.com

 

0 comments