Smollinq: “Son qələbələrimiz Ferqyusonun vaxtlarını xatırladır”

Kris Smollinq
Paylaş:

Kris Smollinq hesab edir ki, “Mançester Yunayted” son oyunlar möhkəm xarekterə yiyələnib, hansı ki, ser Aleks Ferqyusonun zamanında komandanın əsas xüsusiyyəti idi.

“Bornmut” ilə səfər matçında “Yunayted” bu mövsüm güclü iradə sayəsində üçüncü qələbəsini qazandı, bu dəfə komandaya qələbə qolunu vurmaq artırılma dəqiqələrində qismət oldu.

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ferqyuson klubda gənc oyunçuların möhkəm xarekter şəkilində yetişdirmək üzrə tanınırdı və məhz onun son yetirmələrindən olan Markus Reşford “Bornmut”un qapısından həlledici qolu keçirmişdi.

“Biz bu münasibəti göstərə bildik – heç vaxt təslim olma və bunun səni haraya aparacağını görəcəksən. Vacib deyil ki, ilk hissə nə qədər pis keçib, ikinci hissədə biz inanırdıq ki, meydana çıxıb və qələbə qazana bilərik. Bu mükəmməl bir hisdir və bu bizi birləşdirir” – deyə Kris Smollinq bildirib.

“Oyunlar nə qədər ağır keçirsə, komandamız bir o qədər birləşir və tez-tez son beş dəqiqədə bizə lazım olan enerjini verə bilən biri peyda olur. Bu şəkildə biz daha çox xallar qazana biləcəyik”.

“Bilirik ki, qarşıda bizim qarşıda çətin həftəmiz var, amma biz uğurlu bir ayı geridə qoyduq, nəzərə alsaq ki, oktyabr ən ağır aylardan biri idi”.

“Biz birik. Bizim klub haqqında başqalarına nisbətən daha çox danışırlar, ona görə də biz oyunçular bir olmalıyıq və çətin günləri birlikdə keçməliyik”.

“Biz bilirdik ki, üç xalı qazanmağa məcbur idik, çünki turnir cədvəlində qalxmalıyıq”.


Mənbə: Sky Sports

 

0 comments