Matiç: “Lalə nişanını taxmamağı mümkünsüz hesab etmirəm”

Nemanya Matiç
Paylaş:

“Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiç öz Instagram hesabında niyə lalə nişanını formasına taxmadığını izah edib, hansı ki, noyabrın əvvəlindən Böyük Britaniyada müharibələrdə həlak olmuş insanların xatirəsini yad etmək üçün onu taxmaq adəti var.

Böyük Britaniya NATA qurumun tərkibində Yuqoslaviyanın bombalamasında iştirak etmişdi, ona görə də Matiç hesab edir ki, bu nişanı taxmağ onun özünə vacib deyil.

“İnsanların bu lalə nişanını niyə taxdığını çox yaxşı başa düşürəm, mən hər bir insanın bu nişanı taxmaq hüququna hörmət edirəm və müxtəlif müharibələrdə yaxınlarını itirmiş hər bir kəsə başsağlığımı bildirirəm. Lakin şəxsən mənim üçün bu nişan mənə hücumları xatırladır, hansı ki, o vaxt Vrelo şəhərində yaşayan gənc və qorxmuş 12 yaşlı uşağın yaşadıqlarıdır. Mən öz ölkəmin bombalamasını nəzərdə tuturam, Serbiyanı, 1999-cu ildə. Əvvəl də olduğu kimi mən hiss etmirəm ki, bu lalə nişanını formamda taxmaq mənim üçün düzgün olar”.

“Mən lalə nişanını Böyük Britaniyanın qürur rəmzi kimi dəyərləndirmək, ya da kimisə təhqir etmək istəmirəm, lakin hər birimizi bir cür tərbiyə ediblər və mən yuxarıda göstərdiyim şəxsi səbəblərə görə öz seçimimi etmişəm. Mən ümid edirəm ki, izahım sizin məni başa düşməyində kömək olacaq və mən də öz komandama növbəti oyunlarında kömək etməyə köklənə biləcəm”.

Bu ilk hal deyil ki, futbolçular lalə nişanını taxmaqdan imtina edirlər. 2012-ci ildə “Sanderlend”də çıxış edən şimali irlandiyalı yarımmüdafiəçi Ceyms MakKlin ingilis qoşunlarının onun ölkəsinə hücumu nəticəsində hələk olanların xatirəsinin yad edilməsi üçün həmin nişanı taxmaqdan imtina etmişdi. Bu böyük qalmaqal yaratmışdı və MakKlin çoxsaylı təzyiqlə üzləşmişdi, hətta ölüm ilə də təhdid olunmuşdu.

5789312-6354685-image-a-12_1541427192511


Mənbə: Daily Mail

0 comments