Ronaldu: “Runi ilə yenidən oynamaq istəyərdim”

Runi, Ronaldo
Paylaş:

Kriştianu Ronaldu etiraf edib ki, bir gün yenidən keçmiş komanda yoldaşı Ueyn Runi ilə birlikdə oynamaq istəyərdi.

Bu iki oyunçu birlikdə “Old Trafford”da beş il keçirtdilər və bu müddət ərzində 3 dəfə Premyer Liqanı, bir dəfə də Çempionlar Liqasını qazanmışdılar və çərşənbə günü “Yunayted” ilə Çempionlar Liqası çərçivəsində qarşılaşacaq Ronaldu istisna etmir ki, bir gün Runi ilə eyni komandada oynayacaq.

“Mənim nəzərimcə Ueyn Runinin gücü onun xarekterinə və dözümlüyünə söykənir. O, heç vaxt dayanmır, o, hər zaman çalışır, komandaya kömək edir. O, fantastik komanda oyunçusudur və o, qollar vurur. Vacib qollar vurur, mən onu dahi futbolçu hesab edirəm”.

“O, ingilis uşağı idi və İngiltərədə hər kəs onu sevirdi. O, fantastik oğlan, gözəl futbolçu idi”.

“Əvvəl mən komanda yoldaşlarımın yanında ona “pitbul” deyirdim. Yadıma gəlir ki, topu itirəndə çox möhkəm, çox güclü olurdu və onun inanılmaz güclü zərbələri var idi”.

“O, çox qollar vururdu, haqqında başqa nə danışa bilərik ki? Mən onunla oynamaq üçün darıxmışam. Gələcəkdə nə olacağını heç kim bilmir. Ola bilsin ki, gələcəkdə bir gün eyni komandada oynayacağıq”.


Mənbə: Manchester Evening News

0 comments