“Yunayted” Super Liqanın yaradılmasının əlehinədir

Mançester Yunayted
Paylaş:

The Telegraph xəbər verir ki, “Mançester Yunayted” Avropa Super Liqasının yaradılması ideyasına ehtiyatlı yanaşmağa çağıran klubların siyahısındadır.

Cümə günü alman nəşri Der Spiegel xəbər vermişdi ki, yeni turnir üçün aparılan danışıqlar artıq final mərhələsindədir və Super Liqanın ilk oyunları artıq 2021-ci ildə keçirilə bilər, amma The Telegrap bildirib ki, “Yunayted” və “Arsenal” bu təşəbbüsə qarşıdırlar. Bu turnirin yaradılmasına qarşı UEFA və şəxsən onun nümayəndəsi Aleksandr Ceferin də var, hansı ki, Çempionlar Liqasının statusunun zəifləməsindən qorxur.

Xatırladaq ki, Avropa Super Liqası layihəsi bir neçə klub təsisçilərindən ibarət olacaq: “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Arsenal”, “Liverpul”, “Real”, “Barselona”, “Pari Sen-Jermen”, “Yuventus” və “Bayern”, hansı ki, öz aralarında matçlar keçirəcəklər.


Mənbə: The Telegraph

 

0 comments