“Yuventus” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Çempionlar Liqasında “Yuventus” ilə oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

Mourinyo Lukakunun Turindəki oyunda iştirak etməyəcəyini təsdiqləyib. O, Mançester derbisini də buraxa bilər.

“Mançester Siti”nin maliyyə feyr-pleyini pozması ittihamları haqqında:

“Bir neçə il bundan öncə mənim fikirlərim vardı, amma bu fikirləri özüm üçün saxlayıram”.

“YUVENTUS”UN AZARKEŞLƏRİ HAQQINDA

“Oyunun sonlarında azarkeşlər özlərini düzgün şəkildə aparmadılar, bu xoş deyildi və mən elə nəticəyə gəldim ki, buna yalnız bir səbəb var və ona görə də üç barmaq işarəsin göstərdim. Mənim klubla yaxşı münasibətlərim var, Alleqri ilə isə dostuq. Hamı ilə yaxşı münasibətlərimiz var və mənim İtaliyada keçirtdiyim müddət ərzində heç bir xoş olmayan xatirəm qalmayıb”.

İLK HİSSƏ PROBLEMİ HAQQINDA

“Biz hər gün çox çalışırıq, amma reallıq budur ki, adətən oyunlara çox pis başlayırıq. Amma oyunlara pis başlasaq da, onu çox gözəl şkildə bitiririk və bu yaxşı haldır. Bu vəziyyət azarkeşlər üçün yaxşıdır. Amma futbol matçı 90 dəqiqə davam edir və əgər sənin rəqibin güclüdürsə və sən 45 dəqiqəlik üstünlüyü və ya 20 ya 10 dəqiqəlik ona verəcəksənsə, onda sənə yüksək dağlara dırmaşmaq lazım olacaq. Yaxşı ki, son oyunlarda, “Yuventus”la oyun istisna olmaqla, həmin dağlara çıxmaq və son dəqiqələrdə nəticəni öz xeyrimizə dəyişmək üçün biz kifayət qədər güclü olmuşuq”.

AVROPA SUPER LİQASI HAQQINDA

“Bu mənə maraqlı deyil”.

DERBİ HAQQINDA HƏLƏ HEÇ KİM FİKİRLƏŞMİR

“Sabah vacib oyunumuz var, o qədər vacibdir ki, ondan sonra nə olacağını fikirləşmirik. İndi mən yalnız “Yuventus”la oyunu fikirləşirəm, bu oyun bizim üçün həlledicidir. “Yanq Boyz” və “Valensiya” ilə oyunlarda qrupda kimin ikinci pilləni tutacağı müəyyənləşəcək. Sabahkı oyunda isə qələbə qazanmaq istəyirik. Biz oynamaq istəyirik və biz mütləq oynayacayıq. Komanda üçün ən yaxşı təcrübə turnirin favoriti ilə oynamaqdır, amma bizim qarşıda daha iki oyunumuz var və biz onlarla pley-off mərhələsinə çıxmaq üçün mübarizə aparacayıq”.

POQBA İLƏ MÜNASİBƏTİ HAQQINDA

“Birində mətbuat nə deyir, digərində Poqba nə deyir və əlbəttə ki, mən nə deyirəm. Mətbuat deyir ki, bizim münasibətlərimiz pisdir. Pol bir neçə həftə bundan öncə dedi ki, bizim normal məşqçi-oyunçu münasibətlərimiz var. Mən də hesab edirəm ki, bizim yaxşı münasibətlərimiz var. Mən bu münasibətləri yaxşı kimi qiymətləndirərdim”.


Mənbə: Mirror

0 comments