Mourinyo “Yuventus”la oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo etiraf edib ki, “Yuventus”la əldə olunan sensasiyalı geridönüşdən sonra komandası ilə fəxr edir.

“Yunayted” oyunun 86-cı dəqiqəsinə qədər hesabda geri idi, amma Xuan Matanın dəqiq cərimə zərbəsindən və Aleks Sandronun avtoqolu sayəsində qarşılaşmadan 2-1 hesablı qələbə ilə ayrıldılar.

KOMANDA İLK DƏQİQƏLƏRDƏN OYUNDA İDİ

“Bu çox yaxşı oyun idi, yüksək səviyyəli oyun idi. Vacib deyil hansı hesabla bitdi. Bu qarşılaşma əsl top-komandaların mübarizəsi idi. Mən fikirləşirəm ki, biz yüksək səviyyədə oynadıq. Qoldan sonra bizə beş dəqiqə lazım idi ki, ayılaq, amma komanda ilk dəqiqədən sona qədər oyunda idi”.

MƏN “YUVENTUS”A HÖRMƏT EDİRƏM

“Bu inanılmaz bir italyan yanaşması idi, tribuna məni 90 dəqiqə ərzində təhqir etdi. Mən onları təhqir etmədim. Mən sadəcə böyük olmayan hərəkət etdim. Mən bilirəm ki, “İnter”in milyonlarla azarkeşin bu xoşuna gəldi. Amma mən “Yuventus”a hörmət edirəm, oyunçuların hörmət edirəm, məşqçilərinəhörmət edirəm, onların yarada bildikləri keyfiyyətli komandaya hörmət edirəm. Mən öz oyunçularımla fəxr edirəm, çünki onlar yaxşı çıxış etdilər”.

BİZ ONLARIN SƏVİYYƏSİNƏ QƏDƏR YÜKSƏLDİK

“Bizim uşaqlardan bəziləri ev oyunundan sonra müsahibələrində bildirmişdilər ki, onlar bir az rəqibdən aşağı səviyyədədirlər və mən onları başa düşdüm. Mən bunun üzərində işlədim, çünki biz bu oyuna meydanda çıxarkən oyun səviyyəmizin daha aşağı olduğunu hiss elətdirməli idik. Əlbəttə, onların potensialı bizimkindən fərqlənir, hamı bilir ki, onların hədəfləri bizimkindən fərqlənir. Onlar çox rahat bir vəziyyətdə idilər. Biz isə o vəziyyətdə idik ki, hər şey son oyunun son dəqiqələrində həll olunacaq. Amma uşaqlar oyuna yaxşı başladılar, oyunu nəzarət altında yaxşı saxlayırdılar. Onların ilk hissədə yalnız bir qol imkanları oldu, amma vəziyyət nəzarət altında idi”.

HEÇ NƏ RONALDUNUN ZƏRBƏSİNƏ MANEƏ OLA BİLMƏZDİ

“Əlbəttə, onlar güclüdürlər, onların fenomenal oyunçuları var. Əlbəttə, Kriştianu bu qolu vurdu, fantastik ötürməni isə ona mərkəz müdafiəçisi verdi. Bu yüksək səviyyəli bir ötürmə idi. Onların hər mövqedə güclü və keyfiyyətli oyunçuları var və həmçinin, onların güclü ehtiyat oyunçular skamyası da var”.

İRƏLİDƏ HƏLƏ ÇOX İŞLƏRİMİZ VAR

“Bizim üçün bu böyük qələbədir, təkcə qazanılan xallara görə yox, həmçinin, belə bir fantastik komandanı məğlub edə bildiyimizə görə, hansı ki, “Yuventus”un ev oyunlarında fantastik nəticələri var idi”.

“İndi bizim evdə final oyunu olacaq. Mən fikirləşirdim ki, biz iki final oyunu keçirəcəyik, amma indi bir final oyunumuz olacaq. Əgər biz “Yanq Boyz”a qarşı final oyununda qələbə qazana bilsək və əgər mənim riyazı hesablamalarım düzgün çıxsa, onda biz pley-off mərhələsində məhz bu oyundan sonra kvalifikasiya olunacayıq. Mən ümid edirəm ki, bu oyuna vaxtında çatacayıq, ümid edirəm ki, gecikməyəcəyik. Burada bizi sadəcə möhtəşəm şəkildə müşayiət etdilər. İtalyan polislərə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, “Yanq Boyz”la oyunda stadiona tez gələcəyik və üç xal qazanacayıq”.


Mənbə: manutd.com

0 comments