Ronaldu: “Yunayted” qələbəyə layiq deyildi”

Kriştianu Ronaldu
Paylaş:

Kriştianu Ronaldu keçmiş klubuna qarşı belə vəziyyətdən sonra xoş söz deməyi lazım bilmədi və bildirib ki, “Mançester Yunayted” Turində qələbəni layiq olmadığı halda qazanıb.

“Paltardəyişmə otağında öz qolumun təkrarına baxdım. Oyun zamanı belə bir fantastik qol vurduğumu bilmirdim – mən topa doğru yaxşı hərəkət etdim və zərbə endirdim”.

“Mən vurulan qola görə çox razı idim, amma biz bir az məyusuq, çünki bu oyunu üç ya dörd qol vurmaqla asanlıqla qazanmalı idik. Mən hesab edirəm ki, “Mançester Yunayted” qələbə üçün heç nə etmədi”.

“Onlar iki qol şansı yaratdılar və hər ikisi də standart vəziyyətdən. Mən ingilis komandalarını tanıyıram, onlar hər zaman standart vəziyyət əldə etmək fürsətini axtarırlar. Amma biz öz səhvlərimizdən nəticə çıxaracayıq və biz hələ də qrupda liderik, ona görə də hər şey yaxşıdır”.

Qeyd edək ki, portuqaliyalı qoldan sonra özünü saxlaya bilməyərək böyük sevinc hissi ilə onu qeyd etdi, baxmayaraq ki, ardınca “Yunayted” azarkeşləri olan tribunaya yaxınlaşaraq onlardan üzr istədi.


Mənbə: İndependent

0 comments