Mourinyo “Siti” ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Mançester derbisindən sonra bildirib ki, onun komandası sırf buraxdığı səhvlərin ucbatından qapısında üç top gördü.

SƏHVLƏRLƏ DOLU OYUN

“Ümumilikdə pis oyun olmadı. Bir tərəfədən pis oyun və digər tərəfdən səhvlərlə dolu oyun. Üç qolun hamısı səhvlərimizdən sonra vurdular və bizi buna görə cəzalandırdılar. Biz təxminən 80 və ya təxminən o qədər oyunda idik, hətta ev sahibinin azarkeşləri də bunu hiss edirdi, amma üçüncü səhv bizi məhv elədi və biz mənim fikirimə görə layiq olmadığımız nəticə ilə üzləşdik. Komandada əhval-ruhiyyə var idi və hər kəs bacardığı qədər çalışırdı. Fellayni 90 dəqiqə oynamalı deyildi, çünki indi onun üçün çox tez idi. O, ehtiyatda qalmalı və sonradan meydana çıxmalı idi. Amma o, ilk dəqiqələrdən meydana çıxmalı idi, çünki Pol heyətdə yox idi. Bizim üçün asan həftə olmadı, amma mən oyunçulara dedim ki, onlar əvvəldən fərqli olaraq indi daha yaxşı oynayırlar, biz bir az daha güclüyük, biz daha kompakt oynayırıq. İndi biz imkan verməli deyilik ki, bu məğlubiyyət bizi ruhdan salmağa qoymamalıyıq. Kədərlidir, bəli, amma mən çox da üzgün deyiləm. İki həftədən sonra evdə “Kristal Pelas” oynayacayıq və bu matçda çalışmalıyıq ki, xallar götürə bilək”.

MARSİALIN PENALTİSİ

“Hər şey penaltidən sonra dəyişdi. Hətta Pep Qvardiola, hətta onlar da bunu hiss etdilər. Onlar bunu hiss etdilər və əks-hücumda oynamağa başladılar. Onlar Leroy Saneni meydana buraxdılar və Rahim Sterlinqi irəliyə çəkdilər. Gündoğanın meydana çıxmasından sonra isə onlar mərkəzdə stabilliyə və yeni nəfəsə sahib oldular. Onların geniş heyətləri var və onlar bunu edə bilərlər, amma hətta onlar da oyundakı dəyişiklikləri hiss elədilər”.

ÇƏTİN QRAFİK

“Mən həftənin ortasındakı səfərdə oynamğımızı bəhanə kimi gətirmək istəmirəm, bu mənlik deyil. Amma məncə hamı razılaşar ki, Çempionlar Liqasının ən yaxşı komandalarından biri olan “Yuventus” ilə səfərdə qarşılaşmaq, 94 dəqiqə ərzində həm fiziki və həm də psixoloji cəhətdən yorulursan. Biri də var ki, öz evində “Şaxtyor”u məğlub edirsən, çox rahat və həzz almaqla oynayırsan. Mən demək istəmirəm ki, “Siti” yaxşı komanda deyil, mən sadəcə demək istəyirəm ki, biz bu oyuna müxtəlif şərtlərlə çıxmışdıq”.

POL POQBANIN YOXLUĞU

“Məğlubiyyətdən sonra heyətdə olmayan oyunçu haqqında danışmaq mənim qaydalarımda yoxdur. Əlbəttə, ona ehtiyacımız var idi və onun yoxluğu bizim planlarımızı pozurdu, hansı ki, son nəticə olaraq Fellayni məcburiyyətdən ilk dəqiqələrdən meydana çıxmalı olmuşdu.  O, bütün 90 dəqiqəni oynamaq gücündə deyildi. O, bütün gücü ilə bacardığını elədi və bu şərtlər altında yaxşı oynadı, amma o, hələ lazım olan vəziyyətdə deyil. Adətən, biz Maruanı oyunun son hissələrində meydana buraxırıq, hesab 2-1 olanda, oyunun sonuna 25 dəqiqə qalanda sizə yeni nəfəs lazım olanda, ona görə də bizim üçün çox vacib oyunçudur”.

MƏĞLUBİYYƏTİN TƏHLİLİ

“Mən bugünki oyunu təhlil edəndə, fərq ondan ibarət olacaq ki, sizi ancaq statistik göstəricilər maraqlandıracaq,  adətən, futbolu başa düşməyənlər buna baxırlar. Mən statistika dalınca qaçmıram, mən öz hislərim arxasıyca gedirəm və həmçinin, meydanda gördüklərimin, biz isə 80 dəqiqə oyunda idik. Ona görə də mən komandamın oyununu səhvlərlə dolu çıxış kimi baxacam. Bunun pis oyundan fərqi budur. Biz oyunda səhvlər buraxdıq və buna görə də bizi cəzalandırdılar, amma oyun, mentalitet, komanda birliyi, özünəinam və sona qədər döyüşmək – bunlar bizim qurmaq istədiklərimizdir və bu məğlubiyyətə görə bunlardan imtina etmək fikrimiz yoxdur”.


Mənbə: manutd.com

 

0 comments